Gündəm

Bu da Səhiyyə Nazirliyinin GİZLİ MONOPOLİYASI… – “Heç bir tutarlı səbəb də göstərmirlər ki…”

MUMtv.az: - Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər. Onlar bildirirlər ki, süni əngəllərlə üzləşirlər, heç bir problem olmadığı halda, sertifikasiya prosesinə buraxılmırlar. Nəticədə hüquqları pozulur – həm fəaliyyətlə məşğul ola bilmirlər, həm də maddi-mənəvi ziyan çəkirlər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ixtisas üzrə sertifikasiya prosesini keçməlidir. Bu, “Əhalinin sağlamlığının qorunmasi haqqinda” qanunun 48-ci maddəsində əksini tapıb. Qanunun tələbinə görə, müvafiq ixtisas üzrə sertifikata malik həkim-mütəxəssislər bu sahədə praktiki tibb fəaliyyəti göstərə bilər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər sertifikasiyaya buraxılmamışdan əvvəl Səhiyyə Nazirliyinin özünün təşkil etdiyi kurslarda iştirak etməlidir. Kursları bitirəndən sonra Kadr Komissiyası qiymətləndirmə aparıb, təlim iştirakçılarının sertifikasiya prosesinə buraxılıb-buraxılmamasına qərar verir.

2023-cü ildə kursların iştirakçısı olan həkimlərdən bir neçəsinə komissiya müsbət rəy versə də, onlar indiyə qədər sertifikasiyaya buraxılmayıb. Həmin həkimlərdən Vüsal Abdullayev, Rəvan Əliyev, Bariz Zeynalov bildirir ki, faktiki ayrıseçkiliyə məruz qalırlar – onlarla eyni kurslarda iştirak etmiş digər həkimlər sertifikasiya prosesinə buraxıldığı halda, onlara imkan verilmir:

“Heç bir tutarlı səbəb də göstərmirlər ki, qarşımızı niyə kəsdiklərini bilək”.

Həkimlərin hüquqlarının müdafiəsilə məşğul olan vəkil Samir Xudaquliyev Meydan TV-yə bildirib ki, məsələ ilə əlaqədar xeyli müddət öncə Səhiyyə Nazirliyinə sorğu göndərib. Lakin uzun müddət keçsə də, sorğusuna cavab ala bilməyib. Çoxsaylı şikayətlərindən sonra iyul ayında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev onu qəbul edib. Amma bu görüş də müsbət nəticə verməyib.

Vəkilin sözlərinə görə, Aparat rəhbərinə Səhiyyə Nazirliyinin Kadr Komissiyasının qərarını təqdim edib. Lakin, Tural Babayev komissiyanın qərarını qəbul etmədiyini və şikayətçi həkimlərin sertifikasiya imtahanına buraxılmayacağını bildirib.

Vəkil əlavə edib ki, uzun müddət gözlədiləndən sonra Aparat rəhbərinin qəbulunda olsa da, sorğuda qoyulan məsələlərə aydınlıq gətirilməyib:

“Aparat rəhbəri özünün subyektiv fikirlərini dedi. Halbuki, qanunun konkret norması var. Aparat rəhbəri yenə də öz fikrində qalır ki, o norma köhnədir, bu həkimlərə aid deyil”.

Həkimlərin şikayəti – onların hansı səbəbdən sertifikasiya imtahanına buraxılmaması ilə əlaqədar Səhiyyə Nazirliyinin cavabını öyrənmək üçün bu qurumla əlaqə saxlasaq da, sualları cavablandırmaqdan imtina olunub.

Son xəbərlər

Fəzilət şairi XALİDƏ HİCRAN - IV HİSSƏ

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

Yasamalda növbəti qanunsuz tikinti – Video

AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Sabah 28° isti olacaq

Avstraliyada yeni hökumət quruldu

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda sosial xidmətlərin sayı artırıldı

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO

PKK ləğv edildi

Diqqətli olun! “Bolt” kartınızdn pul silə bilər – Foto

Bütün xəbərlər