Gündəm
Gündəm / Cəmiyyət
"İçərişəhər" İdarəsinə kim rəhbərlik edir?
Növbədənkənar parlament seçkilərində namizəd olan "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə vəzifəsinin icrasını müvəqqəti dayandırıb.
"MUMtv.az"ın Modern.az-dan əldə etdiyi məlumata görə, sədrin səlahiyyətlərini müvəqqəti olaraq "İçərişəhər” Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev icra edəcək.
Qeyd edək ki, Şahin Seyidzadə namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən irəli sürüb.