Gündəm

"Dərə xəlvət,  tülkü bəy" - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO

Estetik mərkəz.
Artıq,illərdir ki, belə mərkəzlər geniş yayılmış biznes sahələrindən birinə çevrilib.

Yaşından, cinsindən asılı olmayaraq, bir çox insanların üz tutduqları kosmetik və estetik mərkəzlər barəsində narazılıqlar getdikcə daha da artmaqdadır. Lakin, təəssüflər olsun ki, bu narazılıqların nəticəsi - yəni yaradan şəxsin cəzalandırılıb-cəzalandırılmayacağı bəzən qanunlardan deyil, narazılıq edənin, yaxud barəsində edilənin kimliyindən asılı olur.

Əlqərəz...

Fikrimizcə, demək olar ki, hər sahədə belə halların mövcud olduğu üçün bu mövzuya ayrıca geniş yer ayırmalıyıq. Bu gün isə "estetik", eləcə də "kosmetoloji xidmət" adı altında insanlara yaşadılan dəhşətlərdən bəhs edəcəyik.

Əvvəlcə bu mərkəzlərə lisenziyanı hansı qurumlar verir və ümumiyyətlə fəaliyyəti barəsində rəy verilməsi hansı qaydalarla həyata keçirilir, buna aydınlıq gətirək.

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, lisenziya verən qurum kimi İqtisadiyyat Nazirliyi özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılması ilə əlaqədar Səhiyyə Nazirliyinin rəyini alır.

O cümlədən, kosmetoloji iş üzrə ambulator tibbi xidmət göstərmək niyyətində olan müəssisələr özəl tibb fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər. Müraciət əsasında rəyin verilməsi məqsədilə hər iki qurumun iştirakı ilə müəssisəyə birgə baxış keçirilir. Müsbət rəy nəzərə alınmaqla müəssisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun kosmetoloji iş üzrə müvafiq lisenziya verilə bilər. Rəyin verilməsi və sonrakı nəzarət tədbirləri zamanı müəssisənin tələblərə uyğun təşkil olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37№-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” və digər normativ aktlarla qiymətləndirilir.

İndi isə keçək bu mövzuya toxunmağımızın əsas məğzinə.

"DogruXeber.az" xəbər verir ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini Əliyeva Vüsalə Şəmsəddin qızı redaksiamıza müraciət edərək, Həsən Əliyev küçəsindəki "Bi-Es" VİP estetik mərkəzdə çalışan Günel adlı xanımın işindən narazı qaldığını, xanımın ona etdiyi prosedurların (müraciət etmə səbəbi olan) boğaz dərisindəki "venera halqaları" deyilən izləri aparmadığını, əksinə, tətbiq edilən preparatın onun səhhətində və fiziki görünüşündə daha bərbad problemlər yaratdığını bildirib.

Onun sözlərinə görə, izləri aparmaq yerinə, fiziki görünüşündə daha bərbad nəticə yaradan və eləcə də sosial şəbəkələrdə özünü "kosmetoloq" kimi təqdim - daha doğrusu reklam edən həmin Günel adlı xanım onu əmin edib ki, bu "normal haldır" və bir aydan sonra istədiyi nəticəni alacaq.

Beləliklə də, Günel xanımın bu "duzlu-istiotlu" vədinə aldanan Vüsalə Əliyeva dodaq nahiyəsində etmək istədiyi yeniliyi də Günel xanıma həvalə edib ki, elə vəd edilən o, bir ay ərzində hər iki prosedur lazımi nəticəni eyni vaxtda alsın.

"Dərə xəlvət,  tülkü bəy" - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO

Amma, deyir, "sən saydığını say, gör fələk nə sayır"...

Vüsalə Əliyeva deyir, artıq sözügedən prosedurdan aylar keçib. lakin Günel adlı xanım onun nə zənglərinə cavab verir, nə də mesajlarına. Hələ üstəlik nömrəsini də blok edib.

Görünür bu xanım Vüsalə xanım kimi müştərilərin üzərində "məşq edərək" , "kosmetoloq olmağa çalışır". "Alınmayan sınaqlar"ın nəticəsi ilə təkrar rastlaşmamaq üçün isə nömrəsini blok edir, vəssalam...

Amma, deyəsən Günel xanım bir məqamı unudub - bir gün qanunlarla qarşılaşacağını!

Xanım qanunları hansı formada "blok" edəcəyini isə zaman göstərəcək.

Qeyd: Yeri gəlmişkən, Vüsalə Əliyevanın müraciətilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə Günel xanıma zəng etdik. Elə özümüzü təqdim edib, Vüsal xanımın onun barəsində bizə müraciət etdiyini demişdik ki, xanım "nəfəs almadan" danışmağa başladı.

Gah dedi, - "O, xanım heç ödənişin hamısını ödəməyib, gətirsin ödəsin başa çatdırım", gah dedi, "Mən daha onu heç qəbul etmərəm", gah da dedi ki, - "Necə ki, başqasının işini bəyənməyib, gətirib mənə əritdirib, yenidən etdirmişdi, eləcə də mənim işimi bəyənmirsə getsin başqa yerdə əritdirib, təzədən düzəltdirsin", deyib, dəstəyi asdı.

İnanın ki, ağzımızı açmağa imkan vermədi.

Bəlli ki, verəcək cavabı olmadığı üçün dayanmadan danışaraq, sual verməyimizə əngəl olmağa çalışırdı. Amma, birnəfəsə tələsik danışmağı ilə həm özünü itirdiyini büruzə verdi, həm də biri-birini tamamlamayan cümlələrlə özü haqqında əlavə şübhələr yaratmış oldu.

1. Əvvəla onu qeyd edək ki, Vüsalə xanım ona etdiyi ödəniş qəbzlərinin, bank kartına etdiyi köçürmələrin və onunla aralarında baş tutan bütün yazışmaların şəkillərini redaksiyamıza da təqdim edib. Qarşıdakı günlərdə həmin fotolar tərəfimizdən aidiyyatı qurumlara da göndəriləcəkdir.

2. Günel xanımın bu cür fəaliyyət üçün hər hansı bir tibbi təhsili, fəaliyyət göstərməsinə dair rəsmi icazəsi - yuxarıda da qeyd etdiyimiz kimi, Səhiyyə Nazirliyinin rəyi, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyası varmı - yoxmu bu belə bəlli deyil, üstəlik xanım kartdan karta köçürmə üsulu ilə ödəniş alaraq, vergidən yayınır.

3. Qaldı ki, güya "başqasının işini bəyənməyib bu mərkəzə müraciət etmək" məsələsinə, xanım bunu birmənalı şəkildə rədd edir və ilk dəfə "instagram" sosial şəbəkəsində reklamını gördüyü Günel xanıma müraciət etdiyini deyir.

Ahaaa.... deyəsən, Günel xanımın "qurban" ı təkcə Vüsalə Əliyeva deyil, yoxsa niyə səhv salsın ki?!

Bundan əlavə, Vüsalə Əliyeva bildirir ki, "Bi-Es" VİP estetik mərkəzində olarkən özünü müdür köməkçisi kimi təqdim edən Ruslan adlı şəxs ona yaxınlaşıb və xahiş edib ki, "səs-küy salma, bir ay gözlə, yaxşı olmasa gəl, mən sənin ödədiyin pulu ondan alıb, özünə qaytaracam".

Deyilən vaxt tamam olanda xanım həmin şəxsə zəng edib, verdiyi vədi xatırladıb. Bu dəfə isə bir ay əvvəl söz verən bəy məsuliyyəti üzərindən atıb. Xanım şikayətçi olacağını bildirdiyində isə, Ruslan bəy ona, "Məgər bura estetik mərkəzdir ki, buranı şikayət edəsən? Qapının çölündə elə yazı görmüsən?

Mən sadəcə yerimi arendaya verib, pulumu qazanıram.", cavabını verib.

Diqqət!
Aşağıda təqdim etdiyimiz fotodakı sözügedən mərkəzin giriş qapısıdır.

"Dərə xəlvət,  tülkü bəy" - Aidiyyatı qurumlar hansı maraqlar naminə bunları nəzarətsiz buraxıb ? // VİDEO + FOTO

İndi Ruslan bəyin müdirinin Günel xanım kimi icarədarları ilə icarə müqaviləsi varmı, insanların həyatının risk altında olduğu bir fəaliyyət üçün icarədarlarının aidiyyatı qurumlar tərəfindən rəsmi göstərişləri varmı, yoxdursa bəs müdür hansı əsasla onlara mərkəzdə fəaliyyət şəraiti "lütf edib", bütün bunları aidiyyatı qurumlar özləri araşdıracaq.

P. S: Növbəti həftənin ilk iş günü redaksiyamız tərəfindən rəsmi sorğular və Vüsalə xanımın redaksiyamıza təqdim etdiyi materiallar aidiyyatı qurumlara göndəriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az



Son xəbərlər

Fəzilət şairi XALİDƏ HİCRAN - IV HİSSƏ

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

Yasamalda növbəti qanunsuz tikinti – Video

AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Sabah 28° isti olacaq

Avstraliyada yeni hökumət quruldu

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda sosial xidmətlərin sayı artırıldı

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO

PKK ləğv edildi

Diqqətli olun! “Bolt” kartınızdn pul silə bilər – Foto

Bütün xəbərlər