Gündəm

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!

MUMtv.az: - Bakının Binəqədi rayonu ilə Abşeron rayonunun birləşdiyi hissədə – Binəqədi Gənclər şəhərciyinin qarşısındakı ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus(SOCAR) neft və qaz boruları kanalizasiya suları içərisində çürüməkdə, məhv olmaqdadır.

Vaxtiylə Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəlişindən sonra ərazidə gecəqondu tipli tikililərin sayı sürətlə artmağa başladı ki, nəticədə

kanalizasiya sisteminin olmadığı ərazidə çirkab suların axıdılması problemi aktuallaşdı. Nə qədər qəribə də olsa, strateji əhəmiyyətli neft-qaz kəmərlərinin yaxınlığında qanunsuz tikililərin artmasına SOCAR, eləcə də bu qurumun müvafiq idarəsi olan Neft Kəmərləri İdarəsi də etiraz etmədi. Nəticədə, evlərdən axan çirkab sular dəyəri milyonlarla manat olan neft-qaz borularının keçdiyi ərazidə cəmləşməyə, burada irili-xırdalı zəhərli göllər əmələ gətirməyə başladı. Bu gün sözügedən ərazidəki bütün neft-qaz kəmərlərinin aktiv korroziyası prosesi gedir ki, bu da SOCAR-ın dövlət vəsaitinə hər kəsin gözləri qarşısında qəsd etdiyini göstərir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin yeyinti mənbəyi: Dövlət itirdikcə məmurlar necə qazanır?

Neft kəmərlərinin mühafizə zolağının yaxınlığında qanunsuz tikililərin artmasında SOCAR-ın Neft Kəmərləri İdarəsi ilə yanaşı, Binəqədi kənd icra nümayəndəsi ilə Binəqədi bələdiyyəsinin də “xidməti” böyükdür. Həm icra nümayəndəsi, həm də bələdiyyə sədri illər uzunu şəxsi maraqları konteksində gecəqonduların neft kəmərlərinə doğru geişlənməsinə göz yumub,vəziyyətin fəlakətli həddə çatmasında mühüm rol oynayıb. Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Binəqədi və Abşeron rayonlarının birləşdiyi bu ərazidə Abşeron rayonuna aid torpaq sahələri də Binəqədi bələdiyyəsinə aid sənədlərlə satılıb ki, bu da qanunsuzluğun miqyasından xəbər verir. Bu məsələdə kənd Binəqədinin sabiq bələdiyyə sədri Elman adlı şəxsin adı xüsusilə hallanmaqdadır.

Ərazi ilə tanışlıq, neft kəmərlərinin acınacaqlı durumu göstərir ki, dövlət itirdikcə məmurlar qazanmaqda, şəxsi büdcələrini genişləndirməkdədir.
COP29 ərəfəsində ölkəmizi rüsvay edənlər cəzalanacaqmı? SOCAR-ın neft kəmərlərinin məhv edilməsinə olan laqeyid münasibəti nəticəsində bu gün
sözügedən ərazidə əsl ekoloji fəlakət yaşanmaqda, ciddi antisanitariya şəraiti hökm sürməkdədir.

Torpaq sahəsinin kanalizasiya suları ilə çirklənməsi, ərazidəki üfunət iyinin kilometrlərlə ətrafa yayılması, bitki örtüyünün məhvi bu qurumun ölkəmizi COP29 ərəfəsində bütün dünyada rəzil etdiyini göstərir. Bu baxımdan bütün əlaqədar qurumların, eləcə də Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövcud məsələ ilə bağlı lazımi ölçü götürməsinə, şəxsi maraqlarını təmin etmək üçün ərazidə ekoloji fəlakət yaradan şəxsləri məsuliyyətə cəlb etməsinə ehtiyac var.

Ümid edək ki, aparılan hüquqi araşdırma nəticəsində bütün günahkarlar öz layiq olduğu cəzasını alacaq, ərazidəki çirkab suların axıdılması problemi qəti şəkildə öz həllini tapacaq.//Siam-az.com

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!

SOCAR dövlətin milyonlarını çirkab sularda necə dəfn edir? – Bu görüntülər sizi şoka salacaq!


Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər