Gündəm

“AzerGold” QSC Şərqi Zəngəzurda daha bir təzahür sahəsində axtarış- qiymətləndirmə işlərinə başlayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən “Şorbulaq” filiz təzahürləri sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb. Məqsəd mövcud təzahürlərin ilkin ehtiyatlarının qiymətləndirilməsidir.

“AzerGold” QSC Şərqi Zəngəzurda daha bir təzahür sahəsində axtarış- qiymətləndirmə işlərinə başlayıb

"MUMtv.az" bildirir ki, Səhmdar Cəmiyyətin axtarış-kəşfiyyat proqramına əsasən, burada ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılıb. Perspektivli zonaların qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi məqsədilə tədqiqatlarda qeyri-invaziv axtarış metodlarından olan hiperspektral peyk çəkilişlərindən istifadə edilir. Paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması işləri də icra olunub. Cari il ərzində davam edəcək genişmiqyaslı axtarış-qiymətləndirmə işlərinin nəticəsinə uyğun olaraq növbəti tədqiqat mərhələsinə keçid, sahədə buruqqazma işləri ilə bağlı müvafiq qərarlar qəbul ediləcəkdir.

Qeyd edək ki, “Şorbulaq” təzahür sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, xrom və civə metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.

“AzerGold” QSC Şərqi Zəngəzurda daha bir təzahür sahəsində axtarış- qiymətləndirmə işlərinə başlayıb

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən geoloji tədqiqatlar hazırda bir neçə istiqamət üzrə aparılır. QSC-nin idarəetməsinə verilən filiz sahələri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrası davam etdirilir. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC tərəfindən mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi vacib tapşırıqlar icra edilməkdədir.



Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər