Gündəm
Gündəm / Dünya
İsrail döyüşə hazır olduğunu bəyan etdi
İsrail aviasiyası üçün əlçatmaz hədəf yoxdur; o, bütün istiqamətlərdə döyüş əməliyyatlarına hazırdır.
"MUMtv.az" TASS-a istinadən xəbər verir ki, bu fikri İsrail Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Tomer Bar bildirib.
Bar İsrail Hərbi Hava Qüvvələrinin iyulun 30-da Beyruta endirdiyi hava hücumunu xatırladıb. Hücum nəticəsində "Hizbullah" hərəkatının hərbi qanadının əsas komandirlərindən olan Fuad Şükr məhv edilib.
Bar zərbəni "Yaxın Şərqdəki düşmənlərimizə daha bir mesaj" adlandırıb və İsrailin də öz vətəndaşlarına "zərər verməyi planlaşdıran hər kəsə qarşı eyni şəkildə hərəkət edəcəyini" söyləyib.