Gündəm

“Aztelekom” büdcə hesabına yenilənən internet xətlərinə görə əhalidən pul tələb edir

Bir neçə müddətdir ki, “Aztelekom”un ölkənin bir sıra şəhər və rayonlarında internet xətlərinin yenilənməsi prosesi ilə bağlı işlər aparılır.

MUMtv.az: - Rəsmi açıqlamada bu işlərin Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəldiyi bildirilir. Ancaq bununla belə dövlət büdcəsindən milyonlarla vəsaitin hesabına həyata keçirilən bu layihələrə görə vətəndaşlardan da pul tələb olunur. Gununsesi.info-ya müraciət edən Mingəçevir şəhər sakinləri belə yazır. “Hörmətli, redaksiya!

"Aztelekom”un ərazi üzrə xidmətlərindən əhaliyə bildiriblər ki, birdəfəlik 110 AZN ödəyərək onların internetini qəbul etsinlər, əks halda nömrələri əllərindən alınacaq.

Biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bölgələr üzrə 170 qaynar xəttinə müraciət edəndə isə qəribə cavab aldıq. Bildirdilər ki, “bizim internetə qoşulmaya bilərsiniz, lakin 110 AZN əlavə ödəyib nömrənizi özünüzdə saxlaya bilərsiniz“.

Uzun illərdir ki, nömrələrimiz var. Bu bizim əmlak sayılır. Niyə, özümüzə məxsus telefon nömrəsi üçün pul verməliyik. Xahiş edirik ki, bu məsələni işıqlandırasınız”.

Məsələ ilə bağlı Aztelekom MMC –nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva ilə əlaqə saxladıq. A. Mustafayeva əməkdaşımızla söhbətində sualımızı rəsmi yollamağımızı tövsiyə etdi.

Lakin, “Aztelekom” sözçüsünün dediyi sorğunu rəsmi yazsaq da hər hansı bir cavab ala bilmədik.//siam.az


Son xəbərlər

Azəriqaz Tarif Şurasını saymır!

732 minə quyu qazıb tullantıları basdıracaq...

Rafael Mehrəliyevin tenderi ləğv olundu – 200 minlik

Bu icra başçıları çətin durumda-Qanunsuz sənədlər aşkarlandı

Mingəçevirdə oğul atasını döyərək öldürdü

Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

Təmir olunacaq məktəblər niyə gizlədilir? - 42 milyon manat....

"Azərbaycanın separatçıları azad etmək öhdəliyi yoxdur" - Rəsmi Bakı

Prezidentin nəvələri Məsut Özillə görüşdü

Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edilib

İcra başçısının sabiq müavininə cinayət işi açılıb

"Paşinyan Zəngəzur dəhlizi məsələsində geri addım atdı" - Politoloq

Aeroport yolunda sürət həddi endirildi

Bu məhsullar bahalaşıb

Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu: Qurum məsələ barədə nə dedi?

Dövlətə borc yükləmək: "Azəristiliktəchizat", "Su Ehtiyatları Agentliyi", "ADY"... - ARAŞDIRMA

"Revanşist qüvvələrin təxribatlarına qarşı hazır olun" - Müdafiə naziri

Zakir Həsənov generalları topladı - Tapşırıqlar verdi

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Azərbaycanda hərbi komissar saxlanıldı - RƏSMİ

İlham Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycanlı jurnalist ABŞ vətəndaşlığı aldı

Pul köçürmələrinə nəzarət gücləndirildi

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA

Alimlərdən ilginc kəşf: Qara dəlik bir ulduzu parçalayır ki...

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Xəzər dənizində zəlzələ oldu

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub. İDDİA VİDEO/FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

Bütün xəbərlər