Gündəm

Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU

Müdafiə Nazirliyində yüksək vəzifədə çalışmış daha bir şəxs həbs edilib.

"MUMtv.az" xəbər verir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınova Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü  maddələri ilə ittiham elan edilib.

Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilən R.Laçınov barəsində Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”ya bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

Xatırladaq ki, Rəhim Laçınov daha əvvəl Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin işinə şahid kimi cəlb edilib. O, sonuncu ifadəsində nazirliyin bütün təmir-bərpa işlərinin müqavilə bağlanan şirkətlər tərəfindən görüldüyünü bildirmişdi: “Tender elan edirdik. Hansı şirkət qalib gəlsə, lazım olan təmir işini də o görürdü. Şirkətlərlə müqavilə bağlayanda sənədləşmədə müfəttişlər iştirak edirdi. Şirkətlərə köçürülən puldan da müəyyən qədər “otkat” kimi geri qaytarılırdı”.

Qeyd edək ki, həbslə bağlı ilk məlumatı Bizim.Media yayıb. 

Son xəbərlər

İsrail SEPAH-ın kosmik mərkəzini də vurubmuş

Prezident yeni salınan parkda yaradılan şəraitlə tanış oldu

Bakıda terror planlaşdıran Əfqanıstan vətəndaşına bu cəza verildi

Pakistana uçan təyyarədə sərnişin öldü - Pilot Bakıya məcburi eniş etdi

Çində dünyanın ilk uçan avtomobil zavodunun tikintisi başlandı

İcra başçısına sui-qəsd cəhdi: Təqsirləndirilən şəxs məhkəmədə nə dedi?

Avstraliyadakı 2600 yaşlı sirli mumiya Misir şahzadəsi imiş

Rusiya Donetsk cəbhəsində irəliləyir

“1-3 manata araq satılır, halbuki elə aksiz vergisi 4.8 manatdır”

59 direktora xəbərdarlıq, töhmət və şiddətli - Töhmət verilib

Bu hesablaşmalar nağdsız qaydada həyata keçiriləcək

Uşaqlıqda diqqət çatışmazlığı psixi pozğunluğa səbəb olur

Nazirliyin özəl bağçalarla bağlı elanında daha bir müəmma: "Zəfər" liseyi "Simurq"?

Yumurta yenidən bahalaşdı

Daha bir ölkə ilə müqavilə təsdiq edildi

Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"

"Həvəsləndirici faizlər qaranlıq məqsədlərə xidmət edir" - ŞOK AÇIQLAMA

Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu

Azərbaycanla Rusiya arasında yeni saziş təsdiqləndi

Ölülər gününü qeyd edən ölkədən FOTOLAR

“Socar ” da milyonlar hansı təlimlərə xərclənir?-VİDEO

Bu qida daha asan arıqlamağa kömək edir

İlham Əliyev Ərdoğanı təbrik etdi

Bu ölkə yüksək xərclərə görə pul çapını dayandırdı

Qatarlarda ödənişsiz “Wi-Fi” istifadəyə verilir

İlham Əliyev Paşinyana Vardanyanla bağlı sual verib

"Ukraynadakı münaqişə Qərb üçün arxa plana keçib" - Borrell

İranlı alimlər xərçəng diaqnozu üçün süni intellekt yaratdılar

Türkiyə Cümhuriyyətinin yaranması günüdür

Putin Bakıya gələcək?

Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə...

Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

Bütün xəbərlər