Gündəm

Bu klinika Fərhad Əliyevin şirkətinə 200 minlik tender verdi

Adı ötən il qalmaqallarda hallanan, hətta Baş prokurorluq tərəfindən barəsində cinayət işi açılmış “Sumqayıt Tibb Mərkəzi” yeni tender müsabiqəsi elan edib.

"MUMTv.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, həmin tenderin qalibi “DRESS UNİFORM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tenderin şərtlərinə əsasən “DRESS UNİFORM” şirkəti (bu barədə əlavə məlumat verəcəyik-red.) “Sumqayıt Tibb Mərkəzi”nə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması xidmətini göstərəcək. Bunun müqabilində isə Mərkəz şirkətə 199 min manatlıq sifariş verib.

Qeyd edək ki, tender üzrə qalibin elnaı bu ilin 17 iyulunda açıqlanıb.

Bildirək ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin adı bir neçə qalmaqallı hadisədə hallanıb. Hələ ötən ilin sonlarında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında araşdırma aparmışdı. Bu zaman məlum olmuşdu ki, dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməyib və mənimsənilib. Ardından isə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.

Tribunainfo.az xəbər verir ki, bu hadisədən sonra, ötən ilin sonlarında Sumqayıt Tibb Mərkəzinin rəhbəri Sevinc Sadıxova işdən azad edilmişdi. Onun yerini isə adı qalmaqallarda hallanan başqa bir baş həkim təyinat alıb. Belə ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanov baş direktor təyin edilib. Bəzi mənbələrdə Azadxanovun hələ Cəlilabadda işləyərəkən ciddi pozuntulara yol verdiyi bildirilir. Lakin TƏBİB-in keçmiş rəhbəri Ramin Bayramlı sayəsində bir neçə dəfə xətadan xilas ola bilib.

Tribunainfo.az tenderin qalibi olan “Dress Uniform” şirkəti barədə də araşdırma aparıb. Məlum olub ki, kiçik və böyük şirkətlər, təhsil, hərbi, tibbi, dövlət və digər sahələr üçün xüsusi iş geyimləri istehsal edən “Dress Uniform” 2019-cu ildən fəaliyyət göstərir. Şirkətin sabiq iqtisadiyyat naziri Fərhad Əliyevin himayəsində olduğu iddia olunur.

O da bildirilir ki, Əliyev və Azadxanov Cəlilabaddandırlar və bir birlərinə simsar olduqlarından sözügedən şirkətlə razılaşdırılmış “tender oyunu” həyata keçiriblər.

Son xəbərlər

Azəriqaz Tarif Şurasını saymır!

732 minə quyu qazıb tullantıları basdıracaq...

Rafael Mehrəliyevin tenderi ləğv olundu – 200 minlik

Bu icra başçıları çətin durumda-Qanunsuz sənədlər aşkarlandı

Mingəçevirdə oğul atasını döyərək öldürdü

Şamaxı Həkim Məsləhət Komissiyası, yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA

Təmir olunacaq məktəblər niyə gizlədilir? - 42 milyon manat....

"Azərbaycanın separatçıları azad etmək öhdəliyi yoxdur" - Rəsmi Bakı

Prezidentin nəvələri Məsut Özillə görüşdü

Qohum nikahları ilə bağlı qaydaya dəyişiklik edilib

İcra başçısının sabiq müavininə cinayət işi açılıb

"Paşinyan Zəngəzur dəhlizi məsələsində geri addım atdı" - Politoloq

Aeroport yolunda sürət həddi endirildi

Bu məhsullar bahalaşıb

Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu: Qurum məsələ barədə nə dedi?

Dövlətə borc yükləmək: "Azəristiliktəchizat", "Su Ehtiyatları Agentliyi", "ADY"... - ARAŞDIRMA

"Revanşist qüvvələrin təxribatlarına qarşı hazır olun" - Müdafiə naziri

Zakir Həsənov generalları topladı - Tapşırıqlar verdi

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Azərbaycanda hərbi komissar saxlanıldı - RƏSMİ

İlham Əliyev İspaniya Kralını təbrik etdi

Azərbaycanlı jurnalist ABŞ vətəndaşlığı aldı

Pul köçürmələrinə nəzarət gücləndirildi

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? - AÇIQLAMA

Alimlərdən ilginc kəşf: Qara dəlik bir ulduzu parçalayır ki...

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

Xəzər dənizində zəlzələ oldu

Fransa İsrailə nota verdi

XİN-dən Niderlanda ETİRAZ

Dini Komitəyə yeni səlahiyyət verildi

Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində nə baş verir? - Aran qəsəbəsi ərazisində suvarma sistemlərinə aid olan boruları aparan yük maşını tutulub. İDDİA VİDEO/FOTO

İntiqam Məmmədov sahibkarlardan nəyin İNTİQAMINI ALIR? - QALMAQAL

Bütün xəbərlər