Gündəm
Gündəm / Siyasət
Seçkiyə gedəsi olmadılar – MUSAVATIN 34 NAMİZƏDİNİ ÇIXILMAZ DURUMA SALDILAR
Bir neçə gün əvvəl parlament seçkilərinə qatılmaq barədə qərar verən Musavat Partiyasının liderləri seçkiyə getməkdən imtina edib.
"MUMtv.az"ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Musavat başqanı İsa Qəmbər və Məclis sədri Arif Hacılı seçkidə iştirak etməyəcək.
Musavat rəhbərliyinin bu mövqeyi təəccübə səbəb olub.
Belə ki, Musavatın seçkiyə getmək qərarı hazırda həbsdə olan Tofiq Yaqublu və müttəfiqi AXCP tərəfindən qınanmışdı.
Hətta partiya tərəfdarları arasında aparılan müzakirələr qarşılıqlı təhqirlərə belə səbəb olmuşdu.
Görünür, İsa Qəmbər və Arif Hacılı deputat olmayacaqlarına dair informasiya aldıqlarından seçkidən imtina edib.
Siyasi şərhçi Elçin Rüstəmli Gununsesi.info-ya açıqlamasında bildirib ki, İsa Qəmbər və Arif Hacılının seçkiyə getməməsi perspektiv görməmələri ilə bağlıdır:
“İsa Qəmbər və Arif Hacılı deputatlığa namizəd olmayacaqlarını açıqlayıb. Maraqlıdır, bunu niyə əvvəldən elan etmirdilər ki? İndi Müsavatdan seçkiyə qatılan 34 namizəd hansı motivasiya ilə prosesdə iştirak etsin? Başqan və Məclis sədri perspektivə inanmırlar”.