Gündəm

“Azərenerji” də Üzeyir Yusifov problemi – İdarə rəsinin əməlləri rəhbərliyi hədəfə gətirib

“Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovla bağlı qalmaqallı məlumatların mətbuatda davamlı işıqlandırılması adı çəkilən qurumun rəhbərliyini hədəf halına gətirib.

"MUMtv.az"ın AzFakt.com-dan əldə etdiyi məlumata görə “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin himayəsində olan 66 yaşlı Üzeyir Yusifovun əmlaklarının, var dövlətinin siyahısı ortaya çıxandan sonra rəhbərliyin idarə rəisinə münasibəti xeyli dəyişib. Üzeyir Yusifovla bağlı qalmaqallı məlumatlarda Balababa Rzayevlə Ziyəddin Quliyevin adının hallanması isə onları da hədəf halına gətirib.

Bu barədə saytımıza məlumat verən mənbə bildirir ki, Üzeyir Yusifovun məhz səhvi ucbatından ortaya çıxan qalmaqallı məlumatlara görə qurumun rəhbərliyi başda isə vitse-prezident Ziyəddin Quliyev idarə rəisinə ciddi şəkildə qəzəbləniblər. Hətta Ziyəddin Quliyevin Üzeyir Yusifovu qovması barədə “Azərenerji” ASC dəhlizlərində söhbətlə dolaşır. Ancaq bir müddət sonra Üzeyir Yusifov yenidən iş başına qayıdıb və fəaliyyətinin davam etdirir.

Mənbəmiz iddia edir ki, Ziyəddin Quliyevin Üzeyir Yusifovu xərcləməməsinin əsas səbəblərindən birincisi idarə rəisinin əlində “Azərenerji” ASC vitse-prezidenti barəsində kifayət qədər məlumatların olmasıdır.
Bildirək ki, Üzeyir Yusifovu rəhbərlik etdiyi Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir.

Hər il “Azərenerji” ASC-də müxtəlif obyektlərin təmiri üçün milyonlara vəsaitlər ayrılır ki, bu işdə Üzeyir Yusifovun əsas korrupsiya ortaqlarından birinin məhz Ziyəddin Quliyev olduğu iddia edilir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər