Gündəm

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

15-16-da Tovuzda keçirilən şose velosiedi üzrə Azərbaycan çempionatı ilə bağlı saxtakarlıq üzə çıxıb.

"MUMtv.az"ın Prosport.Az-a istinadən xəbərinə görə, kişilərin Elit/U23 yaş kateqoriyasında yarışın nəticələri ilə bağlı Azərbaycan Velosiped Federasiyası (AVF) tərəfindən Gənclər və İdman Nazirliyinə və Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilən protokollarda uyğunsuzluqlar var.

Məsələ burasındadır ki, qeyd olunan yaş kateqoriyasının fərdi və qrup ötüşməsi ilə bağlı (Elit/U23) federasiyanın baş katibi, həmçinin yarışın baş hakimi olan Elnarə Musayeva tərəfindən nazirliyə təqdim edilən protokolda cəmi 4 idmançının adı var. Bunlardan da qrup ötüşməsində yalnız Musa Mikayılzadə (1998) finişə çatıb, Nevzat Mahmud (1988) və Yusif İsmayılov (2003) yarışı yarımçıq dayandırıb, Elgün Əlizadə (1999) isə starta çıxmayıb. Amma federasiyanın UCI-yə göndərdiyi 14 nəfərlik protokolda Yusif İsmayılovun 2-ci, Nevzat Mahmudun 3-cü, Elgün Əlizadənin isə 4-cü yeri tutduğu qeyd olunub.

Əldə etdiyimiz məlumata əsasən, UCI-yə göndərilən siyahıda adları olan və guya yarışda iştirak etdiyi bildirilən Əli Qurbanov, Nofəl Nuriyev, Nəcəf Bağırov, Mikayıl Səfərli, Şahin Eyvazov, Kənan Qəhrəmanlı, Ruslan Mustafayev və İbad Abbasov müxtəlif vaxtlarda idmançı karyerasını başa vurub və onlar Tovuzda keçirilən Azərbaycan çempionatında iştirak etməyib (siyahını Men Elite – Individual Road Race kateqoriyasında da görmək mümkündür). Bu idmançıların adları federasiya tərəfindən nazirliyə təqdim edilən yarış protokolunda yoxdur (bunu aşağıda Elnarə Musayevanın imzası olan rəsmi sənəddə də görə bilərsiniz – red.).

Onu da bildirək ki, ölkə çempionatının nəticələrinə əsasən UCI tərəfindən reytinq xalları verilir və bu da milli federasiyaların reytinq cədvəlində öz əksini tapır. Maliyyə problemləri olan, idmançılarsız qalan federasiya isə ölkə reytinqində geriləməmək üçün bu saxtakarlığa imza atmalı olub. Bu məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, AVF prezidenti Mədət Quliyevdir. Ötən iil M.Quliyev müdafiə sənayesi naziri postundan ayrıldıqdan sonra federasiyanı saxlamaqda çətinlik çəkir. Onun Olimpiadadan sonra postundan ayrılacağı gözlənilir. 6-9 iyun tarixlərində keçirilməli olan 4 mərhələli “Əziz Şuşa” beynəlxalq velosiped yarışı da məhz maliyyə problemlərinə görə ləğv olunub.

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR
Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR

Azərbaycanda federasiyanın baş katibindən saxtakarlıq – REAL FAKTLAR


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər