Gündəm
Gündəm / İqtisadiyyat / Təhsil
Keçmiş “Milyonçu” məktəb direktoru Elm və Təhsil Nazirliyini məhkəməyə verdi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəməyə verilib.
"MUMtv.az"ın 32gun.az-dan əldə etdiyi məlumata görə, Eminova Xədicə Şükür qızı haqsızlığa uğradığını iddia edərək Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Hakim Ramin Quliyevin icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri – İşə bərpa və Əmək mübahisələri – Əmək haqqı tələbindən ibarətdir.
Bildirək ki, Eminova Xədicə Şükür qızı 252 saylı məktəbin direktoru vəzifəsində çalışıb.
Yerli mediada gedən məlumatlarda E.Xədicə vəzifədə olarkən “Milyonçu” məktəb direktoru” kimi xarakterizə edilib.
Həmçinin mətbuatda gedən məlumatlara görə adı bir çox qalmaqallarda, rüşvətdə hallanıb.