Gündəm

“Azərbaycan Dəmir Yolları” ictimaiyyəti aldatmaq istədi, özünü biabır etdi —QSC-nin yalanı “ayaq tutub yerimədi”

“Azərbaycan Dəmir Yolları” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən QSC-nin fəaliyyətində qanun pozuntularının aşkar edilməsi ilə bağlı qərardan yayınmaq, eləcə də ictimai rəyi manipulyuasiya etmək məqsədilə “yeni üsula” əl atıb.

MUMtv.az: - Antiinhisar Xidmətinin QSC-nin fəaliyyətində antiinhisar qanunvericiliyinin pozulması və qanunsuz əldə edilmiş mənfəətin dövlət büdcəsinə qaytarılması barədə müvafiq qərarı saytımızda dərc olunub.

11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı — Dövlət büdcəsinə ödəməlidir” sərlövhəli məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detalları öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər. Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.

Qərarda deyilir: “Azərbaycan Dəmir Yolları” QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir”. Sözügedən məqalə ilə ətraflı şəkildə buradan tanış ola bilərsiniz…

“Azərbaycan Dəmir Yolları” QSC isə bu qərardan yayınmaq, qanunsuz şəkildə əldə etdikləri mənfəəti dövlət büdcəsindən qaytarmamaq üçün ictimaiyyəti aldadır. QSC saytımızda yayımlanan məqaləyə reaksiya olaraq, rəsmi şəkildə təkzib açıqlaması yaydı. “Media haqqında” qanunun tələbinə uyğun olaraq, sözügedən açıqlamanı da qarşı tərəfin mövqeyi kimi saytımızda dərc etmişik. Hərçənd ki, QSC-nin rəsmi açıqlamasına nəzər yetirdikdə ziddiyyətli məqamlar ortaya çıxır.

Rəsmi açıqlamada məhkəmə qərarına istinad edilir və belə görünür ki, QSC Antiinhisar xidmətinin məlum qərarı ilə bağlı məhkəməyə müraciət edib və məhkəmə bu qərarın ləğv edilməsi hökmünü çıxarıb. Lakin bu açıqlama Antiinhisar xidmətin QSC ilə bağlı qərarına dair yayımlanan məqalədən cəmi bir gün sonra – iyulun 12-də yayımlanıb.

Sual yaranır: QSC-nin bir gün ərzində məhkəməyə müraciət etməsi və qərar çıxması mümkündürmü?

Təbii ki, xeyr.

O zaman “Azərbaycan Dəmir Yolları” QSC hansı “məhkəmə qərarına” istinad edir?

Rəsmi açıqlamaya diqqətlə baxdıqda bu sualın cavabını tapmaq olar.

QSC-nin rəsmi açıqlamasında bəhs olunan məhkəmə qərarı 2022-ci ilə aiddir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2022-ci ildə QSC ilə bağlı qərar qəbul edib, onlar da bundan məhkəməyə şikayət verib və məhkəmə bununla bağlı qərar çıxarıb. Həmin işdə də sahibkarlıq subyektləri QSC-nin “Antiinhisar fəaliyyət haqqında” qanuna zidd fəaliyyətindən şikayət edirlər. Məhkəmə bu işdə müəyyən qədər QSC-nin xeyrinə qərar çıxarıb.

“Azərbaycan Dəmir Yolları” ictimaiyyəti aldatmaq istədi, özünü biabır etdi —QSC-nin yalanı “ayaq tutub yerimədi”

Həmin məhkəmə qərarı ilə buradan tanış ola bilərsiniz…

Nə “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin şikayəti əsasında ortaya çıxan bu işin isə 2022-ci ildə baş vermiş işlə birbaşa əlaqəsi var, nə də bununla bağlı məhkəmə qərarının. Sadəcə olaraq, “Azərbaycan Dəmir Yolları” QSC 2022-ci ildə baş vermiş proseslə bağlı məhkəmə qərarını bu məsələyə calamaqla “sudan quru çıxmaq” istəyir və bu, yumşaq desək, ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. “Azərbaycan Dəmir Yolları” QSC-nin “ağ yalanı” açıq ortadadır. Görünür ki, “Azərbaycan Dəmir Yolları” QSC qanunsuz şəkildə əldə olunan mənfəəti dövlət büdcəsinə ödəməmək üçün hər yola əl atır. Yaxşı olardı ki, “Azərbaycan Dəmir Yolları” QSC-də əyləşənlər cəmiyyəti aldatmaq üçün bu qədər baş sındırmaq yerinə, qanunsuz yolla əldə edilən mənfəəti dövlət büdcəsinə geri ödəsinlər və bu biabırçılıqla bağlı obyektiv, doğru açıqlama versinlər. Atalarımızın gözəl bir sözü var: “Yalan ayaq tutar, yeriməz”.(demokrat.az)


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər