Gündəm

DSMF ilə Pantomima Teatrı arasında nə baş verir? - 322 min manatlıq iş...

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı Azərbaycan Dövlət Pantomima Teatrını məhkəməyə verib.

"MUMtv.az" Qaynarinfo-ya istinadən xəbər verir ki, işə Bakı İnzibati Məhkəməsində baxılacaq. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Qaynarinfo təfərrüatları öyrənmək üçün Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxlayıb. Onun sözlərindən aydın olub ki, dövlət qurumu ilə məhkəmə çəkişməsinin kökündə teatrın kadrlar idarəsinin keçmiş mütəxəssisi Aytən Kərimovanın cinayət işi dayanır.

Elman Rəfiyev bildirib ki, 322 min manat mənimsədə itrtiham edilən Aytən Kərimova barəsindəki cinayət işinin məhkəmə istintaqı hələ davam edir:

"Aytən Kərimova teatra küllü miqdarda ziyan vurduğu üçün böyük bir korrupsiya işi açılıb. Həmin iş bu gün də davam edir. Qız həmin pulu köçürüb. Hazırda Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Pantomina Teatrı ilə birlikdə pulun Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi prosesi gedir".

Elman Rəfiyev prosesin iki ilə yaxındır davam etdiyini qeyd edib:

"Mən özüm nazirliyə məlumat verdim, yoxlama ilə bağlı nümayəndə çağırdım. Qız da etiraf etdi ki, bu boyda yeyintiyə yol verib. Götürülən məbləğ Dövlət Sosial Fonduna köçürüləcək məbləğdir. Yəni, mənimsənilən 332 min 156 manat Dövlət Sosial Müdafiə Fonduna köçürülməlidir. Hazırda həmin məbləğin geri qaytarılması iə məşğuluq. Məhkəmə də bununla bağlıdır. Pantomina Teatrı olaraq biz bu prosesdən alnı açıq çıxdıq".

Qeyd edək ki, Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.


Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər