Gündəm

Azərbaycanda elektron pullar dövriyyəyə buraxılacaq

"Mərkəzi Bank Azərbaycanda daha bir yerli təşkilata elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim edib. Baş bank ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi prosesinin hazırda davam etdiyini açıqlayıb”.

"MUMtv.az" xəbər verir ki, bu barədə VI çağırış parlamentinin deputatı olmuş Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu o deməkdir ki, yaxın zamanlarda sözügedən lisenziyaya sahib olan təşkilatların sayı arta bilər:

"İndiyədək belə lisenziya üçün 20-dən çox elektron pul və ödəniş təşkilatı müraciət edib. "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq elektron pul təşkilatı elektron pulu emissiya və elektron pul ilə əlaqəli ödəniş əməliyyatlarını icra edən, eyni zamanda lisenziyasında nəzərdə tutulduğu halda digər ödəniş xidmətlərini həyata keçirmək hüququ olan hüquqi şəxsdir. Bu lisenziyanı alan təşkilat elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətini, kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrasını, ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqini, pul köçürməsini və s. xidmətləri həyata keçirə bilir”.

V. Bayramov əlavə edib ki, tezliklə Azərbaycanda elektron pulların dövriyyəsi buraxılması mümkün olacaq: "Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.

Dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur və bu sektorun qlobal inkişafı da müşahidə olunur. 2023-cü ildə dünyada digital ödəniş bazarının gəlirləri 111.2 milyard dollar olub”.


Son xəbərlər

Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır

Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev həbs edildi

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Qurum ləvğ edildi, 400-ə yaxın əməkdaş işdən azad edildi - AÇIQLAMA

Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...

İranda hərbi təyyarə qəzaya uğradı

Bu deputata yeni vəzifə verilir

"İcranın işçisi məndən on min manat rüşvət istədi" - İDDİA // VİDEO

Məhbuslara pişik saxlamağa icazə verilə bilər

Prezident Davosda Zelenski ilə görüşüb

Tramp hökumət binalarında LGBT bayraqlarını qadağan etdi

Adama Barrou İlham Əliyevə başsağlığı verdi

İmişlidəki hadisələrdə saxlanılan 14 nəfər həbs olundu

Britaniya vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədinə getməməyə çağırdı

Şahin Mustafayev İranda daha bir görüş keçirdi

İntensiv yağış yağacaq

Əvvəl 24 saat deyirdi, indi isə 100 gün vaxt verdi

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

Gələn aydan bu müavinətin məbləği artırlır

Rus şirkətləri dost olmayan ölkələrdən köçürülsün - Putindən TAPŞIRIQ

İmişlidəki qəzada xəsarət alan məktəbli xəstəxanada ölüb

AMB inflyasiya proqnozunu açıqladı

DİN-dən saxta mesajlarla bağlı əhaliyə müraciət

Erməni deputatın şəxsi evi qarət edildi - Paşinyanın qaynıdır

İlyas İsmayılov komaya düşdü

"iPhone 17 Air"in görüntüsü yayıldı

Prezidentdən Davosla bağlı paylaşım

Hoteldəki yanğında 14 ailə üzvü ilə birlikdə həlak oldu

Fransa yenidən Bəşər Əsədin həbsinə order verdi

Bu gün Lənkəranda işıq olmayacaq

Gəncə Tibb Kollecində rüşvət tələb olunur?

Bütün xəbərlər