Gündəm

Səbail İH-də şöbə müdiri sahibkarı aldadıb – Külli miqdarda borc işi…

Bakının Səbail rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun adı sahibkarla qalmaqalda keçir.

"MUMtv.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, iş adamı Nadir İlyasov (ad şərtidir) Səbaill İH-nin şöbə müdiri İlham Məmmədov tərəfindən aldadıldığını iddia edib.

Şikayət məktubunda bildirilir ki, İH-də şöbə müdiri İlham Məmmədov təxminən bir il bundan qabaq Səbail rayonu ərazisində, “Jurnalistlər evi”nin yuxarısındakı torpaq sahəsini iş adamına satıb. Hətta ona həmin ərazidə bina tikilməsi üçün icazə aldığını bildirib. Məktubda deyilir ki, şöbə müdiri İlham Məmmədovun sözlərinə inanaraq, “yer pulundan” əlavə, ona tikinti üçün icazə sənədlərinin alınması məqsədilə külli miqdarda pul verib. Lakin bu günlərdə başa düşüb ki, onu aldadıblar.

Belə ki, ərazidə beşmərtəbəli bina inşa edən sahibkara tikinti prosesini yekunlaşdırmaq üzrəykən bildiriblər ki, icazə sənədləri yoxdur. “Dedilər ki, ümumiyyətlə, bu ərazi bina tikintisi üçün yaramır və buna görə də həmin bina sökülməlidir. İşin ən acınacaqlı tərəflərindən biri isə budur ki, həmin binanın sökülməsi sahibkarın özünə həvalə edilib. Bildirilib ki, əgər bina əlaqədar dövlət qurumları tərəfindən sökülsə, o zaman söküntü xərcləri sahibkardan alınacaq”.

Hadisədən sonra iş adamı Səbail İH məmuru İlham Məmmədovla dəfələrlə görüşsə də, icra başçısının “sağ əli” olan şöbə müdirinə verdiyi külli miqdarda vəsaitdən bir manat da olsun geri ala bilməyib. O deyib ki, iflas həddinə çatıb və başına gələnlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Son xəbərlər

Rektor pilləkən qəfəslərinə 118 min xərcləyir

Köçkünlərə növbəti zərbə: Tikinti şirkətləri Prezidentə yalan danışır?

Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”: Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? – FOTO

Hesablama Palatası İdman Akademiyasıdakı nöqsanları niyə yaymadı?

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

Dələduzların qurbanı olmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO

Azərbaycanda bu qışın sərt keçəcək? - Rəsmi açıqlama

31 yaşlı jurnalist 70 yaşlı prezidentliyə namizədi necə tora salıb?

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nı təsdiq etdi

Beyrutda ölənlərin sayı açıqlandı

Milli Məclisdə yeni komitələr yaradıla bilər

Ürək sağlamlığını necə qoruyaq?

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı iddialar nəzarətə götürülüb

İlham Əliyevin açılışını etdiyi Xankəndindəki məktəbin GÖRÜNTÜLƏRİ

Prezident maltalı həmkarını təbrik etdi

219 nömrəli məktəb bağlanır? - Rəsmi açıqlama

Xətaidə bu gün su olmayacaq

Maşın bazarında bu avtomobillərin qiyməti artdı - VİDEO

Qazaxıstanda həbsxanada məhbuslar iğtişaş törədib

Azad olunmuş ərazilərimizdə çox sayda silah-sursat aşkarlandı

20 il əvvəl edilən tatu qaraciyər sirrozuna səbəb oldu

Rüşvətə görə həbs olunan məmurun barəsində daha bir cinayət işi başlandı

Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bu ölkə Livandakı vətəndaşlarının təxliyəsinə başladı

Paşinyandan erməni diasporuna xəbərdarlıq

Kredit maaş kartından birbaşa tutula bilərmi?

"Nazirlərin “3+3” formatında görüşü üçün iş aparılır" - Zaxarova

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Bütün xəbərlər