Gündəm

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Optik kabelləşdirmə adı altında milyonlarla manat dövlət vəsaiti necə mənimsənilir?

MUMtv.az: - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialının müdiri Nazim Əliyev şimal zonasındakı dövlət əmlakına qənim kəsilib. at oynatmaqdadır. Bununla bağlı cumhuriyyet.net-i məlumatlandıran mənbənin sözlərinə görə, Nazim Əliyev şimal-şərq zonasında optik kabelləşdirmə adı altında min tonlarla mis kabelləri mənimsəməkdə, bundan milyonlarla manat məbləğində qanunsuz gəlir əldə etməkdədir. Təsadüfi deyil ki, Nazim əliyev sadə vətəndaşlar arasında filial müdirindən daha çox “misyığan” kimi tanınmaqda, “Mis nazim “ ləqəbi ilə populyarlaşmaqdadır. Hər ay vaxtiylə torpağa basdırılan yüz tonlarla mis kabeli çıxararaq bunları şəxsi əlaqələri vasitəsilə “əridən” və “cibinə axıdan” Nazim Əliyev, Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialını şəxsi təəsrrüfatı kimi idarə etməkdədir.

Nazim Əliyevin qanunsuz əməllərindən biri də ondan ibarətdir ki, filial müdiri bəzi hallarda mis kabelləri çıxarsa da, onun əvəzində həmin ərazidə optik kabelləşdirmə işi həyata keçirmir. Mənbənin cumhuriyyet.net-ə bildirdiyinə görə, lakin sənəd üzərində həmin ərazisinin kabelləşdirilməsi qeyd olunur ki, bu da Nazim Əliyevə optik kabelləşdirmə üçün nəzərdə tutulan vəsaiti də mənimsəməyə imkan verir. Başqa sözlə desək, Nazim Əliyev bir daşla iki quş vurur ki, bu da filial müdiri üçün ikiqat gəlir deməkdir.

Nazim Əliyev bütün bu qanunsuzluqları iki yaxın adamı – texniki müdir Rasim Dərgahquluyev və baş mühəndis Elnur Abduləzizovun iştirakı ilə həyata keçirir. Hər iki şəxs “Mis Nazim”in qanunsuz əməllərinin reallaşmasında yaxından iştirak etməkdə, bu qanunsuzluqlara qanuni don geyindirməkdədir.

Məlumat üçün qeyd edək ki, Nazim Əliyev uzun müddət sabiq MTN şefi Eldar Mahmudovun sevimli kadrlarından olan Beytullayevin rəhbərliyi altında işləyib. (Turantv)


Son xəbərlər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuz birinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Otuzuncu hissə

Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə cavab

9 iyul xəbərdarlığı - Bu gün həyatınızın ən qısa günü ola bilər

Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı

Bu su anbarının tikintisi 61 milyon manat xərclənəcək

İyulun 10-da 38 dərəcə isti olacaq

Paşinyan İlham Əliyevlə görüşmək üçün BƏƏ-yə getdi

Pezeşkian Azərbaycanla bağlı bu məlumatı şayiə adlandırdı

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Hindistan qondarma "erməni soyqırımı"nı tanıya blər: Bu, rəsmi İrəvana lazımdırmı?

Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX əməliyyat keçirdi

Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqləndi

İran XİN Trampın bu sözlərini təkzib etdi

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Sabah yağış yağacaq

Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?

“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

 Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Yeni şəxsiyyət vəsiqəsi bu hallarda alınacaq

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi doqquzuncu hissə

Amansızlıqla öldürülən Günel iki il əvvəl ailə qurubmuş – Qətlin PƏRDƏARXASI

Abunəçilərin DİQQƏTİNƏ! “Azercell” digər mobil operatorlara problem yaradır

“Azəriqaz” İB-də ixtisar dalğası böyüyür… Fəhlələr niyə işdən çıxarılır?

Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər

Klinik Psixoloq Zeynəb Rzayeva: “Travma bitmir – beyin onu yadda saxlayır, bədən isə hər gün yaşayır”

Saç tökülməsinə son - Çarəsi tapıldı

Klinik Psixoloq Zeynəb Rzayeva: “Uşaq vurmur, sinir sistemi siqnal verir – davranış deyil, beyin yüklənir”

Bütün xəbərlər