Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı
![Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı](https://dogruxeber.az/uploads/posts/2024-06/medium/1719561165_1719559052.365032992_300788532427261_7979237908211445977_n.jpg)
Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cəzası endirilib.
"MUMTv.az"ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda onun cəzası 11 ildən 8 il 3 aya endirilib.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mahir Quliyevin 2 mənzili və bir avtomobili dövlət nəfinə müsadirə olunub. Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.