Gündəm
Gündəm / Cəmiyyət / Sosial / Təhsil
Bu şəxslər 1000 manatdan yuxarı maaş alacaq
![Bu şəxslər 1000 manatdan yuxarı maaş alacaq Bu şəxslər 1000 manatdan yuxarı maaş alacaq](https://dogruxeber.az/uploads/posts/2024-06/medium/1719498604_manat422269007.jpg)
Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əmək haqqı alacaq.
"MUMtv.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir, həmçinin bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əmək haqqına əlavə alacağı proqnozlaşdırılır:
“Əmək haqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.//Teleqraf.com