Gündəm

Rövşən Rüstəmov xanım işçilərə yaxşı ki QATAR BAĞIŞLAMAYIB… – HƏQİQƏTƏN DƏ…

MUMtv.az: - Bakı-Sumqayıt sürət qatarı işə düşdükdən sonra böyük əksəriyyət elə zənn edirdi ki, Bakının tıxac və sərnişindaşımada mövcud problemlərin bir hissəsinin aradan qalxmasına səbəb olacaq. Lakin bunun tam tərsi müşahidə olunur. Səbəblər çoxdur.

Tribunainfo.az Azərbaycan Dəmiryolları İdarəsinin (ADY) bir sıra neqativ cəhətləri ilə bağlı müəyyən araşdırmalar aparıb. Bu zaman məlum olub ki, problem təkcə Bakı-Sumqayıt sürət qatarları ilə bağlı deyil. Həm də ADY-nin bir sıra məsələlərdə səritəsizlik etməsi də mövcuddur.

Problemlərdən biri budur ki, hal hazırda Bakı-Sumqayıt qatarından istifadə edənlər istifadə etdikləri gediş kartlarından yalnız bir nəfər üçün, yəni özləri üçün istifadə edə bilərlər. Hərçənd bu olduqca məntiqsiz qərardır. Çünki ailəsi ilə birlikdə Bakıya gələn və ya əks istiqamətdə hərəkət edənlər məcburiyyət qarşısında qalaraq, onlar üçün də gediş kartı almalıdırlar. Halbuki “Bakı kart” və digər nəqliyyat vasitələri üçün nəzərədə tutulmuş gediş kartlarında bu neqativlik yoxdur. Yəni, onlar çoxnəfərlik gediş üçün də nəzərdə tutulub.

ADY-nin belə məntiqsiz qərar qəbul etməsinin bir neçə səbəbi var. Onlardan biri bu quruma təyinat almış Rövşən Rüstəmovun dəmiryolu sahəsini yaxşı bilməməsidir. Uzun zaman “Azərpoçt”da “bandrollar şöbəsi”nə rəhbərlik etmiş bu şəxsin dəmiryolları haqqında anlayışı demək olar ki, yoxdur. Digər məsələ isə kart satışı prosesindən pul qazanmaq həvəsidir. Və gedişat da təsdiq edir ki, yalnız bir nəfər üçün gediş kartının nəzərdə tutulmasının başqa səbəbi ola bilməz.
Amma ADY-də dərd bununla da bitmir. Məsələ odur ki, bu qurum qanunvericiliyin pozulması hallarına görə də, xeyli “irəli” gedib. Hələ bu ilin əvvəlində İqtsiadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ADY ilə bağlı araşdırmalara başlamışdı. Tribunainfo.az xəbər verir ki, həmin araşdırmalara səbəb isə özəl nəqliyyat şirkətlərinə qarşı ayrı-seçkilik etməsi olub. Rəsmi məlumata görə, ekspeditor (özəl nəqliyyat) şirkətləri ADY-dən şikayətçi düşüblər. Onlar bildiriblər ki, ADY şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir. Eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilir.
Dövlət Xidməti müəyyən edib ki, ADY rəhbərliyi rəqabəti məhdudlaşdırır, rəqibin işgüzar münasibətləri qanunsuz vasitələrlə qəsdən pozur və dayandırır, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirir və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərir.

Qeyd edək ki, bu araşdırmalardan sonra sözügedən xidmət hansı qərar qəbul edib, məlum deyil. Ümumiyyətlə, qərar qəbul olunubsa, Rövşən Rüstəmov neqativ halları aradan qaldırlamlı idi. Lakin görünən odur ki, problem həll olunmayıb. Səbəb isə yenə özbaşınalıq və səriştəsizlikdir.
Bu əsnada, Tribunainfo.az-a daxil olan məlumatlarda deyilir ki, Rövşən Rüstəmov təkcə, ADY-də deyil, elə “Azərpoçt”da işləyən zaman da sərişətiszlik səbəbindən xeyli söz eşidib. Hətta onun “Azərpoçt”da şöbə müdiri olan zaman bir neçə dəfə töhmət aldığı iddia olunur. Bəzi məlumatlara görə, bu töhmətlərdən biri dövlət qurumlarından birinə çatmalı olan bandrolun səhv ünvana göndərilməsi olub. İddialara görə, həmin bandrol isə kifayət qədər ciddi qurumlardan birinə məxsus olub. Nəticədə, qalmaqal yaranıb. Həmin hadisədən Rövşən Rüstəmov güclə sıyrıla bilib. Həmin dönəmdə onun yaxınlarının yuxarı instansiyalardan xahişlərindən sonra məsələ qapadılıb.

Hətta o da iddia olunur ki, həmin vaxt Rüstəmov bir xeyli xərcə düşmək məcburiyyətində də qalıb. Lakin bu xərcin konkret olaraq nədən ibarət olması məlum deyil.

Dia-az.İnfo-dan ZƏRURİ QEYD: Xatırladaq ki, bir neçə gün əvvəl hörmətli Rüstəmov cənabları yerli KİV-in dissətini bu dəfə əliaçıqlığı ilə cəlb etmiş oldu. Təbii ki, Rövşən müəllim özünün yox, dövlətin hesabına comərdflik göstərərək ADY-nın xanım əməkdaşlarına bir jestdə bulunub, onların hər birinə “Toyota” markalı avtomobil hədiyyə edib.

Əslində işçilərin rəhbərliyin diqqətində olması yaxşı hadisədir. Amma bu məsələdə təbii ki yox… Bu məsələdə dua edirik ki, Rövşən müəllim yaxşı ki, xanım əməkdaşlara QATAR HƏDİYYƏ ETMƏYİB… Allah büdcəmizi qoruyub… Yaxşı qurtarmışıq…

Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər