Gündəm

"Ermənilər Qarabağa qayıtmaq istəyirsə, azərbaycanlılar Qərbi Zəngəzura qayıtmalıdır"

"Ermənilər Qarabağa qayıtmaq istəyirlərsə, Ermənistandan didərgin salınan azərbaycanlılar da öz doğma yurdlarına qayıtmalıdırlar".

"MUMtv.az" bildirir ki, bunu açıqlamasında politoloq Tofiq Abbasov keçmiş separatçı rejimin "təhlükəsizlik şurası"nın katibi olmuş Samvel Babayanın Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışdığı barədə fikirləri şərh edərkən deyib.

Tofiq Abbasov bildirib ki, İrəvan hələ bu məsələdən boyun qaçırır:

"Bu məsələləri sülh müqaviləsi çərçivəsində müzakirələr zamanı nəzərdən keçirmək lazımdır. Məsələ ikitərəfli danışıqlar mövzusuna çevrilməlidir. Onu siyasiləşdirmək olmaz, sırf vətəndaş hüquqları çərçivəsində həllini tapacaq bir məsələdir. Burada heç bir ajiotaja, süni sensasiyalara yer vermək olmaz. Odur ki, ilk növbədə deportasiyaya məruz qalan azərbaycanlıların Qərbi Zəngəzura qayıdışını tələb edirik. Qarabağdan öz xoşları ilə köç etmiş ermənilərlə Ermənistandan zorla çıxarılan, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların aqibəti eyni deyil".

Ekspert bildirib ki, azərbaycanlıları Ermənistandan silah gücünə qovub, hədələyib, məhv ediblər:

"Ermənilər isə öz istəklərilə gediblər. Odur ki, bu məsələdə spekulyasiyaya yer yoxdur, bərabərlik işarəsi qoyulmayacaq. Çünki bu iki tam fərqli məsələdir".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan heç zaman bu məsələdən çəkinməyib:

"Bakı hər zaman bəyan edib ki, erməniləri qovmayıb, onlar qayıdıb yaşaya bilərlər, amma müxtəlif şərtlər əsasında. Qarabağda doğulan, ora bilavasitə aydiyyatı olanlar qayıda bilərlər".

Ekspert deyib ki, qayıtmaq istəyənlər də müxtəlif prosedurlardan keçməlidir:

"Faktiki olaraq, onlar Azərbaycan vətəndaşlarıdır və prosedur qaydaları, qanunun tələblərinə uyğun olaraq ilk növbədə loyallıq nümayiş etdirməli, separatçılığı ümumiyyətlə yaddan çıxarmalı, bilavasitə Azərbaycan qanunlarına tabe olmalıdırlar. Ermənilər habelə ölkəmizdə yaşayan digər azlıqların, icmaların nümayəndələri kimi vəzifələrini də bilməli, borclarını danmamalıdırlar".

Politoloq yada salıb ki, keçən əsrin 90-cı illərində Ermənistandan kütləvi şəkildə deportasiya edilən azərbaycanlılardan fərqli olaraq ermənilər qovulmayıb:

"Onlar öz xoşları ilə kütləvi şəkildə köç ediblər. Odur ki, onlar üçün xüsusi, əlahiddə rejim yaradılmayacaq. Erməni vəhşilərindən fərqli olaraq azərbaycanlılar onların əmlakını, varidatını dağıtmayıb".

Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, Qarabağdakı keçmiş separatçı rejimin "təhlükəsizlik şurası"nın katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. Bu məlumatı "Hraparak” qəzeti yayıb.

Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan hakimiyyəti altında yaşayacaqlarını deyir: "Babayan deyir ki, şəxsən özü geri dönüş karvanına rəhbərlik edəcək". //Qaynarinfo

Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər