Gündəm

Zəngəzurla bağlı qərar gərginlik yaratdı - Anlaşma pozulur

Rusiya Qafanda (Zəngəzur) konsulluq açmağa hazırlaşır. Artıq bununla bağlı sərəncam verilib, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məsələnin il ərzində həll olacağını açıqlayıb. Rusiyanın bölgədə konsulluq açmaq istəyinin arxasında hansı məqamlar durur? Artıq İranın Qafanda konsulluğu var, Fransanın da belə bir niyyətinin olduğu deyilir. Bölgəyə artan maraq nədən irəli gəlir?

Məsələni Teleqraf.com-a şərh edən politoloq Ərəstun Oruclu Qafanda başlayan konsulluq yarışını Zəngəzur dəhlizi ilə əlaqələndirir.

Onun sözlərinə görə, Ermənistan bu mövzuda Fransa ilə eyni mövqeyi bölüşsə də, İran və Rusiyanın yanaşmasını qəbul eləmir:

“Rusiyanın istər Azərbaycan – Xankəndidə, istərsə də Qafanda konsulluq açmaq istəyi Zəngəzur dəhlizinə nəzarətlə bağlıdır. Zəngəzur dəhlizinin bir hissəsi Azərbaycan – Şərqi Zəngəzurdan keçir. Eləcə də Ermənistan və Azərbaycanın digər hissəsi Naxçıvanı əhatə edir və İrana çıxış imkanı yaradır. Beləliklə, bu, Azərbaycan, Ermənistan və İrana çıxmaq üçün Şimal-Cənub dəhlizinin bir parçasıdır. İndi Rusiya bu dəhlizi öz nəzarətində saxlamaq istəyir.

İran da həmin məqsədi güdür, Qafanda da konsulluğu bunun üçün açıb. Qafan bir idarəetmə mərkəzi kimi nəzərdə tutulur.

Fransa da bölgədə ona görə konsulluq açmaq istəyir ki, bu layihəyə mane olsun, yaxud onu öz nəzarətində saxlamağa cəhd eləsin.

Bütün bu konsulluq və Zəngəzur dəhlizi oyunları Şimal-Cənub dəhlizi ilə əlaqəlidir. Bu, Rusiya üçün önəmlidir, eləcə də İran baxımından. Bu dəhliz İrana Rusiyaya birbaşa quru yolu ilə çıxmaq nöqteyi-nəzərindən lazımdır. Ayrı-ayrı dövlətlərin maraqları bölgədə belə bir durum yaradıb”.

Məsələnin ikinci tərəfi Ermənistan rəhbərliyinin Rusiyanın konsulluq açmaq qərarına qarşı olmasıdır. Maraqlıdır, əvvəlcə Moskvaya razılıq verən İrəvan niyə indi ona mane olmağa çalışır?

Ərəstun Oruclu bu narazılıq və anlaşmadan yayınmanın təsadüfi olmadığı qənaətindədir:

“Ermənistan rəhbərliyi Rusiyanın Qafanda konsulluq açmaq istəyindən ona görə narazıdır ki, bu halda yola nəzarət edə bilməyəcək. Əslində, Ermənistan Zəngəzur yolunun açılmasında maraqlıdır, amma bir şərtlə ki, bu, Ermənistan-Azərbaycan-Türkiyənin əlaqəsini təmin eləsin, İran yox. Fransa da bu məsələdə Ermənistanı dəstəkləyir. Fransa və Ermənistanın mövqeyi bu baxımdan Rusiya və İranın mövqeyindən kəskin şəkildə fərqlənir. Əslində, yanaşmalar bir-birinə tamamilə ziddir”.


Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər