Gündəm

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişilir

Azərbaycanda dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydası dəyişilir.

"MUMtv.az" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununda təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. Həmçinin layihəyə əsasən həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılması təklif edilir.
Bundan başqa, layihədə dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsinin Qanunun 7.1.4-cü maddəsinə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilməsi nəzərdə tutulur.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi qaydaları, 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə isə cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydaları müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?

Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?

Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Azərbaycan-Türkiyə sazişi təsdiqləndi

Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsindən geri çağrıldı — SƏRƏNCAM

Abid Şərifovun kürəkənini o əvəzlədi

"Özəl daşıyıcılar qarşısında qoyulan bu tələb kəskinləşəcək" — AÇIQLAMA

"Məmurlar xalqın haqqını vermir ki, xalq ayaga qalxsın" - Daskəsəndə bir ildir çadırda yaşayan ailənin fəryadı

Niderlandda yeni hökumət işə başladı

Vəzifəli şəxs istefa verdi

Azərbaycanın Tailanddakı səfiri dəyişdi

Yanacağın bahalaşması bazara da təsir etdi

Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI… – Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?…

Çətin peşənin şərəfli daşıyıcıları - Gününüz mübarək !

Maaş və pensiyalar artırılacaq? - Deputat AÇIQLADI

İyul ayının ən şanslı bürcləri

Bu bölgəyə köçən insanlara 30 min avro veriləcək

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Türk bayrağını endirərkən vuruldu - İnternet kəsildi

Dağıstanda niqab qadağan ediləcək

Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi – FOTO

Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? -İLGİNC FAKTLAR

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Göyçayda məhkəmə hakimi qanunları saymır-Şikayət

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Paşinyan bunun üçün referendumun keçirilməsini yersiz adlandırdı

Bu istiqamətdə yeni marşrutlar istifadəyə verildi

Bütün xəbərlər