Gündəm
Gündəm / Siyasət / Dünya
Putin 24 ildən sonra Şimali Koreyaya gedir
Rusiya prezidenti Vladimir Putin iyunun 18-19-da Şimali Koreyaya səfər edəcək.
"MUMtv.az" xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında Rusiyanın Uzaq Şərq regionuna səfəri zamanı Putini dəvət edib.
Putin 2000-ci ilin iyulundan, prezidentliyinin birinci ilindən bəri Pxenyana səfər etməyib.
Putinin Pxenyana planlaşdırılan səfəri iki təcrid olunmuş ölkə arasında münasibətlərin dərinləşməsindən xəbər verir.