Gündəm
Gündəm / İqtisadiyyat / Cəmiyyət
Qubadlıda 3 milyonluq tenderin qalibi - BƏLLİ OLDU

Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Qubadlı rayonu, Xanlıq kəndinin şaquli planlama üzrə torpaq işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
"MUMtv.az" FED.az-a istinadən xəbər verir ki, tenderin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.
Qalib şirkətlə 3 189 550 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar ş, Karl Marks, ev 67 ünvanında yerləşir.