Gündəm

Uşaqlara görə erkən yaşda əmək pensiyasından hansı halda yararlanmaq mümkündür?

Erkən yaşa görə əmək pensiyası hüququ kişilərdə 60, qadınlarda 58 yaş 6 ay təşkil edir.

Bəs bu hüquqdan hansı halda yararlanmaq mümkündür?

"MUMtv.az" Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qanunvericiliyin tələbləri var.

Qanunvericiliyə əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olan, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin əmək pensiyasına çıxmaq üçün yaş həddi beş il azaldıla bilər. Bu zaman qanunvericiliyin digər şərtləri də nəzərə alınır. Bu halda uşaqların səkkiz yaşına kimi sağ olması vacibdir.

Bu məsələ kişilərə münasibətdə iki halda müəyyən olunur.

Birinci hal kişinin həyat yoldaşının vəfat etməsi və ya itkin düşməsidir. Bu hal məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmalı, yəni şəxs ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməlidir.

İkinci hal isə qadının valideynlik hüququndan məhrum edilməsi və ya nikaha xitam verilməsi səbəbindən uşağın (uşaqların) kişinin himayəsinə verilməsidir ki, bununla bağlı da məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmalıdır. Bu halda kişilər 60 yaşda (65 yaş - 5 il = 60 yaş) pensiyaya çıxa bilirlər.

Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların pensiyaya görə yaş həddi də 5 il azaldılmaqla 58 yaş 6 ay təşkil edir (63 yaş 6 ay - 5 il = 58 yaş 6 ay).


Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər