Gündəm

“Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi” adı altında PULSİLMƏ… – BUNUN BAŞQA ADI YOXDUR…

MUMtv.az: - 10 ildən çoxdur ki, Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yerləşən Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evinin fəaliyyəti nədən ibarətdir?

Mədəniyyət evi internet klubudur, yoxsa çayxana və domino oynamaq üçün məkan?

Əslində, heç biri. Lakin sözügedən mədəniyyət ocağı 10 ildir ki, ancaq belə fəaliyyət göstərərək istisnaları və qanunları pozur.

Belə ki, Mədəniyyət evinin daxilində kitabxana olsa da, qəsəbə sakinləri nə kitabxana otağı, nə də kitab görüblər.

Mədəniyyət evinə kənardan baxsaq, ora daha çox tərk edilmiş evə bənzəyir. Belə ki, həyət baxımsızlıqdan alaq otu ilə dolub, hovuzun içi ərp bağlayıb, Mədəniyyət evinin işçiləri və sakinlər üçün nəzərdə tutulmuş tualetlər sıradan çıxıb. Artıq qəsəbə sakinləri Mədəniyyət evinə ya domino oynamaq üçün, ya da alaqlə sahədə qoyunlarını otarmaq üçün gəlirlər…

Mədəniyyət evinin direktoru Məmmədov Məmməd yalnız tədbirdən-tədbirə iş başında olur, digər işçilərin isə üzünü görən yoxdur.

Qəsəbə sakinləri bu vəziyyətdən artıq dilə gəliblər, övladlarının inkişafı üçün yaradılan bu Mədəniyyət evindən istifadə edə bilməməkdən şikayətlənirlər.

Qəsəbə sakinlərinin sözlərinə görə, Mədəniyyət evində işçilər var, amma kimlikləri bilinmir:

“Qəsəbədə işsiz və işə ehtiyacı olan gənclər var. Onlar direktora müraciət edirlər ki, işçilər işə gəlmirsə, işi bizə verin, işləyək. Direktor isə deyir ki, burada yalnız şuşalılar işləyə bilər. Amma heç işləyən işçilər şuşalı deyil. Bircə onu bilirik ki, işçinin biri Mingəçevirdə yaşayır, işdən də xəbəri yoxdur”…

Məsələ ilə bağlı Mədəniyyət evinin direktoru Məmməd Məmmədov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:

“Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi” adı altında PULSİLMƏ… – BUNUN BAŞQA ADI YOXDUR…


“Mən bir müddətdir ki, məzuniyyət götürmüşəm. Mədəniyyət evinin baxımsız vəziyyətdə olmasının səbəbi də qəsəbədə yaşayan ucqar kənd uşaqlarıdır. Onlar Mədəniyyət evinin həyətini səliqəsiz edirlər, tualetlərini qırırlar. Mühafizəçi ştatı da yoxdur. Domino oynayan olur, bəli. İndi kimsə tədbirdən sonra bir küncdə domino oynayırsa, nə olar ki?”

Qeyd edək ki, işçilərin işə gəlməməyi haqqında sualımız isə cavabsız qalıb…

Xatırladaq ki, Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi Qarabağ Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərir.

“Cebhe.info” məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Mövzunu diqqətdə saxlayacağıq.

“Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi” adı altında PULSİLMƏ… – BUNUN BAŞQA ADI YOXDUR…

“Şuşa rayon Sarıbaba kənd Mədəniyyət evi” adı altında PULSİLMƏ… – BUNUN BAŞQA ADI YOXDUR…

Son xəbərlər

Paşinyanı Münhendə qarşılamağa alman məmurlardan heç kim getməyib

Rusiya Çernobılı vurmayıb - Kreml təkzib etdi

Azərbaycanda bu cərimələr artırılır

Cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək

Bu şəxslər Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Bu cərimənin məbləği artırılır

İranlılar və livanlılar arasında qalmaqal

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılır

Onlara təhsilinə görə birdəfəlik müavinət veriləcək

Putin Mariupol sakinlərini ilə bağlı qərar verdi

Nəm salfetlərin satışı qadağan edilir

Rəna Soltanovanın klinikasının lisenziyasının ləğv edilməsi ilə bağlı nazirliyə müraciət olundu

Azərbaycanda bu obyektlər təhlükəli hesab ediləcək

Daşdan pul çıxardanlar iş başında - "Uşaqda fərasətə bax" // VİDEO

AQTA benzin satır? - Qurum özü ilə satınalma müqaviləsi bağlayıb

General yüksək vəzifəyə təyin edildi

“Karayev City” MTK, “Vesta Construction” tikinti şirkətlərində insan həyatı üçün təhlükə- Video

Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı

Avro və rubl bahalaşdı

Martda bu 3 bürcün həyatı tamamilə dəyişəcək: Sevgi, pul, karyera...

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bu gün Arayik və digər erməniəsilli şəxslərin məhkəməsi keçiriləcək

Qazaxıstanda qədim türk artefaktı aşkarlandı

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Azərbaycanda məşhur müğənni həbs olundu - ANBAAN GÖRÜNTÜLƏR

Nə üçün birinci Putinə zəng etdi? - Trampdan açıqlama

Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Məhkəmə Şahnaz Bəylərqızı barəsində qərar verdi

Bu şəxslərə pulsuz mənzillər veriləcək

Türkanda qanunsuz fəaliyyət göstərən daş karxanısını kim himayə edir?

Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü: Hansı məsələlər müzakirə oluna bilər?

Bütün xəbərlər