Gündəm

Radiotezlik resurslarından icazəsiz istifadə inzibati məsuliyyət yaradır

Ölkə ərazisində radiotezlik resurslarından istifadə edilməsi sahə üzrə mövcud qanunvericilik və qaydalar çərçivəsində tənzimlənir. 

"MUMtv.az" xəbər verir ki, radioelektron vasitələrin qeydiyyatının aparılmasında məqsəd qanunvericiliyin tələblərinə müvafiq olaraq icazəli fəaliyyət göstərən radioelektron  vasitələrin istifadəsində radiomaneə hallarının qarşısının alınması, həmçinin radiotezlik spektrindən səmərəli, düzgün və şəffaf istifadənin təmin edilməsidir.

Radiotezliklərdən və radioelektron vasitələrdən icazəsiz istifadə halları həm inzibati xətalar, həm də digər radiotezlik istifadəçilərinə, habelə ölkəmizdə keçirilən dövlət əhəmiyyətli tədbirlərin (COP29 və s.) və irimiqyaslı idman yarışlarının (beynəlxalq idman yarışları) işıqlandırılması və təşkili üçün ayrılmış tezliklərdən istifadəyə radiomaneələr yaradır. Bu cür halların yaşanmaması üçün radiotezliklərdən və radioelektron vasitələrdən istifadə etmədən əvvəl bu vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməlidir.

Qanunvericiliyə əsasən, radioelektron vasitələrin ölkəyə idxalına müvafiq icazə alınmalıdır. Radioelektron vasitələrə müvafiq icazələrin alınması ilə bağlı https://e-permission.icta.az/ informasiya sistemi vasitəsilə müraciət göndərə bilərsiniz.

 Radiotezliklərdən istifadəyə görə Radiotezliklər üzrə Dövlət Komissiyasına, radiotezliklərin istifadəçilərə təyini, radioelektron vasitələrin qeydiyyata alınması və istifadəsinə icazə vərəqələrinin verilməsi üçün isə Dövlət Radiotezliklər İdarəsinə (DRİ) müraciət olunmalıdır. Radioelektron vasitələrin qeydiyyatı və istismarına icazə vərəqəsinin alınması zamanı elektron və ya kağız daşıyıcıda radioelektron vasitələrin təsdiqlənmiş anketi, uyğunluq sertifikatı və xüsusi icazə sənədləri tələb olunur. Tələb olunan sənədlər əsasında müraciət edildikdən sonra DRİ ilə istifadəçi arasında müqavilə imzalanır. Daha sonra isə DRİ tərəfindən radioelektron vasitələr qeydiyyata alınır və onların istifadəsinə icazə vərəqəsi təqdim edilir. Qeyd edək ki, PMR446 radiostansiyaları üçün xüsusi icazə tələb olunmur. İstifadəçilər yalnız qeyd olunan müvafiq prosedurlar tamamlandıqdan sonra radioelektron vasitələrdən istifadə edə bilərlər.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (maddə: 13.3-1. və 13.3-2.) əsasən, “Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsi, eyni zamanda radiomüşahidə aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağandır.  Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 362.3, 363.2 və 363.3-cü maddələrində inzibati xətanın törədilməsi hallarından asılı olaraq müvafiq inzibati cəza tədbirləri nəzərdə tutulub.

Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər