Gündəm

Dərsliklər vaxtından əvvəl yığılır: Ekspert DİM-i günahlandırdı

Dərs ilinin başa çatmasına 15 gün qalsa da, artıq məktəblərdə dərs vəsaitlərinin yığılmasına başlanılıb. Hətta bəzi məktəblərdən aldığımız məlumata görə, mayın 25-dən sonra dərs vəsaitlərinin yığılması ilə bağlı şagirdlərə xəbardarlıqlar edilib. Bu isə valideynlərin narazılığına səbəb olub.

Onlar uşaqlarının dərs vəsaiti olmadan məktəbə gedib-gəlməsinin əleyhinə olduğunu qeyd ediblər:

"Boş-boşuna yol pulu gedir, dərs vəsaiti yoxdursa uşaq dərsə niyə getməlidir? Dərs vəsaitləri iyunun 15-də yığılsın".

Belə olan təqdirdə qarşıdakı iki həftə ərzində şagirdlər məktəb niyə gedir?

Təhsil eksperti Məzahir Məmmədli Qaynarinfo-ya açıqlamasında bu məsələnin gündəmdə olduğunu bildirib:

"Dövlət İmtahan Mərkəzi Azərbaycan təhsil sistemini hələ də sıxışdırmaqda davam edir. Bu nə vaxta kimi davam edəcək? Buna rəsmilərin əsəbləri nə qədər dözəcək? Bütün bu suallara cavab vermək çətindir. Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını dərs başa çatmamışdan iki ay əvvəl yekunlaşdırır. 10-11-ci sinif şagirdlərinin ümumiyyətlə, dərsə getməsi üçün heç bir səbəb qalmır. İkinci bir tərəfdən bu imkan verir ki, məktəb direktorları buraxılış imtahanlarını vermiş məzunlar üçün artıq dərsin bitdiyini hesab edir və dərslikləri yığırlar. Onlardam dərslikləri yığan kimi digər siniflər də bunu görür və və onlar da şagirdlərdən dərslikləri tələb edir".

Məzahir Məmmədli qeyd edib ki, hazırda 4-cü sinifdən yuxarı bütün siniflərdən dərsliklər yığılıb:

"Bunun üçün statistikaya ehtiyac qalmayıb. Çünki sosial şəbəkələrdə hər kəs bundan danışır. Elm və Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir. Dövlət İmtahan Mərkəzinin özbaşınalığı bir az davam etsə, Azərbaycan təhsil sistemi çökəcək".


Son xəbərlər

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Zakir Əliyev vəfat edib

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Bütün xəbərlər