Gündəm

Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək

11–13 iyun 2024-cü il tarixlərində Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək. Tədbir "Azərbaycan Hava Yolları” QSC-nin "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.

"MUMtv.az" xəbər verir ki, ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri təminatçısıdır ki, CANSO tərəfindən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və 28-ci İllik Ümumi İclasa ev sahibliyi etmək üçün seçilib.

"Bu ilin sonlarında dünya liderləri COP29 üçün Bakıda bir araya gələcəklər və beynəlxalq ictimaiyyətin diqqəti bu şəhərə yönələcək. İqlim dəyişikliyi bəşəriyyətin ən aktual problemlərindən biridir və aviasiya karbon emissiyalarının azaldılmasında əsas rol oynayır. Emissiyanın xalis sıfır ("net zero”) səviyyəsinə çatdırılması planlanan 2050-ci ilin çox da uzaq olmadığını nəzərə alaraq aviasiyada bu hədəfə böyük diqqət ayırmaq lazımdır. Məhz bu səbəbdən də bu, AZANS-ın təşkil etdiyi CANSO Ümumdünya Aeronaviqasiya Sammitinin və 28-ci İllik Ümumi İclasının əsas mövzusu olacaq”, — deyə CANSO-nun baş direktoru Saymon Hokkard qeyd edib.

Sammitdə aviasiya sənayesinin liderləri xalis sıfır emissiyalara nail olmaq üsullarına və ekoloji cəhətdən daha təmiz səmanın yaradılmasında texnologiyaların rolunu müzakirə edəcəklər.

"Biz fəxr edirik ki, şəhərimiz yaşıl hava məkanının gələcəyi və xalis sıfır aviasiya hədəflərinə töhfə verən rəqəmsal texnologiyalar ilə bağlı mühüm müzakirələr platformasına çevriləcək. Dayanıqlı aviasiyanın gələcəyinə dair məsuliyyətimizi dərk edərək biz beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verməyə çalışırıq”, — deyə AZANS-ın direktoru Fərxan Quliyev bildirib.

AZANS haqqında

"Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan "Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.

Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.

CANSO haqqında

CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı — hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.


Son xəbərlər

İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!

Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub - FOTO

Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR

Paşinyan: Ermənistan Azərbaycandan qaz tədarük edə bilər

BMT-dən şad xəbər: Dəhşətli vulkana rəğmən, ozon təbəqəsi bərpa olunur

"Tez-tez qrip olmaq o deməkdir ki..." - SN

"İrəvan və Bakı ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar" - Paşinyan

"Dəryaz" qəzetinin rəhbəri tutuldu - "BANDOTDEL"dən ƏMƏLİYYAT

Noldu, “Aztelekom”? - Daha bahalı hələ daha sürətli demək deyil

Dubayda uçan taksilər istifadəyə veriləcək

Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?

Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR

Hacıqabul və Salyan İcra başçıları vəzifələrindən azad edildilər

"Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədlərini açmalıyıq" - Paşinyan

Sabah Bakıda yağış yağacaq

"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

B12 vitamininin mənbəyi

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

Zeynal Nağdəliyev Rüstəm Xəlilovu kollektivə təqdim etdi

Dəniz taksiləri istifadəyə verilsə tıxaclar azalar? - AÇIQLAMA

7 saylı Yol İstismar İdarəsi "COP 29-dan necə pul çıxarır"? - FOTO

Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...

Birinci Qarabağ müharibəsinin daha 4 itkin şəhidi dəfn ediləcək

NATO-nun baş katibi Putinin bəyanatlarını saxta adlandırdı

"Gələn il sosial xərclər 14 faiz artırılacaq" - İqtisadçı

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanıldı

Məşhur aviaşirkətlər İsrailə uçuşları dayandırdı

Bakıda yeni ekspres marşrut fəaliyyətə BAŞLAYACAQ

Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər