Gündəm

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"MUMtv.az" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin dövlətiniz sosial-iqtisadi inkişaf üzrə böyük uğurlar qazanıb və beynəlxalq arenada nüfuzunu ardıcıl şəkildə möhkəmləndirir.

Arzu edirəm ki, ölkəniz gələcəkdə də inkişaf etməkdə davam etsin və yüksək məqsədlərə nail olsun.

Ümidvaram ki, Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və xoşbəxtlik arzulayıram".

***

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, dost Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Səmimi-qəlbdən inanıram ki, Kamboca ilə Azərbaycan arasında əlaqələr qarşılıqlı maraq doğuran məsələlərdə, xüsusilə də dünyada sülh və təhlükəsizliyin təmin edilməsində daha da möhkəmlənəcək və inkişaf edəcəkdir".

***

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan vətəndaşlarını təbrik edirəm. Respublikanıza davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Mən Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında möhkəm əlaqələri yüksək qiymətləndirirəm. Ölkəmizin ikitərəfli dialoqun daha da dərinləşdirilməsinə sadiq olduğunu bir daha təsdiq edirəm. Ehtiyac duyduğumuz anlarda yanımızda olduğunuzu həmişə xatırlayacağıq. Əminəm ki, birgə səylərimiz nəticəsində Moldova və Azərbaycan enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi mühüm sahələrdə əməkdaşlığımızı genişləndirmək imkanlarından tam istifadə edəcək və nəticədə hər iki ölkə vətəndaşlarına fayda verəcəkdir.

Fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyinizi yüksək qiymətləndirirəm. Əminəm ki, bu tədbir Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha yaşıl gələcəyə kömək etmək istiqamətində birgə səylərimizi inkişaf etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Peru hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar gündə Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı yetirirəm. Peru dövlətinin ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdə maraqlı olduğunu vurğulayıram. Mən, həmçinin xalqlarımızı yaxınlaşdıracaq yeni qarşılıqlı maraq sahələrini müəyyənləşdirmək istəyimi ifadə edirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirərəm".


Son xəbərlər

İyul ayının ən şanslı bürcləri

Bu bölgəyə köçən insanlara 30 min avro veriləcək

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Türk bayrağını endirərkən vuruldu - İnternet kəsildi

Dağıstanda niqab qadağan ediləcək

Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi – FOTO

Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? -İLGİNC FAKTLAR

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Göyçayda məhkəmə hakimi qanunları saymır-Şikayət

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Paşinyan bunun üçün referendumun keçirilməsini yersiz adlandırdı

Bu istiqamətdə yeni marşrutlar istifadəyə verildi

Bu gündən Rəqabət Məcəlləsi qüvvəyə minib

İlham Əliyev ona general rütbəsi verəcək – İDDİA

"Putinlə danışıqlar mümkündür" - Zelenski

Makronun partiyası ilk turda məğlub oldu

Bu gündən qadınların pensiya yaşı 64 olub

İlqar İsbatov XALQIN DÜŞMƏNİ rolunda… – BUNUN BAŞQA ADI YOXDUR…

Bu liderlər dünya sabitliyini pozurlar

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

Kiyevə raket zərbələri endirildi

Agentliyin regional şöbəsində kadr dəyişikliyi

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu oldu

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bütün xəbərlər