Gündəm

Fərhad Qəribov deputat mandatını oğluna necə
 
9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində 57 saylı Kürdəmir Seçki Dairəsində kuryoz vəziyyət yaranıb.

Seçki prosesində yanvarın 10-da namizədlərin irəli sürülməsi mərhələsinin yekunlaşmasından sonra bir sıra dairələrdə namizədlərlə bağlı çox maraqlı situasiyanın yarandığı müşahidə olunur.

Müəyyən dairələrdə müxalifət düşərgəsinə mənsub namizədlərin "toqquşması” ilə yanaşı, eyni zamanda, hakimiyyətyönlü düşərgəyə aid müəyyən şəxslərin də "seçki dueli”ndə tərəf olduqları ortaya çıxıb.

Çox təəccüblüdür ki, hətta ötən çağırışlarda Milli Məclisə üzv seçilmiş bəzi sabiq deputatlar mandat aldıqları dairədən öz övladlarının namizədliyini irəli sürərək, "varislik” zənciriri qırılmamasına cəhd göstərirlər.

Bu sırada daha qabarıq nəzərə çarpan dairələrdən biri də 57 saylı Kürdəmir Seçki Dairəsidir. Həmin dairədən irəli sürülən və rəsmən qeydə alınan namizədlərin siyahısına baxdıqda, vəziyyətin mürəkkəbliyi açıq görünür.

"57”də nəzərə çarpan əsas məqam 2005 və 2010-cu illərdə həmin dairədən deputat seçilmiş "Debütbank”ın sahibi Fərhad Qəribovun bu seçkilərdə oğlu Rəşadı irəli verməsidir. Bəli, söhbət Tiflisdə kazinoda 270 min dollar uduzduğuna dair məlumat yayılan Fərhad Qəribovdan gedir.

Onun oğlu və "mandat” varisi Rəşad Qəribov da qalmaqallarına görə atasından geri qalmır. "Debütbank” Müşahidə Şurasının sədri olmuş Rəşad Qəribov bir neçə il əvvəl 14 milyon manat məbləğində mənimsəmə ittihamı ilə Emin Əmirov adlı şəxsə qarşı məhkəmə iddiası qaldırmışdı. Lakin Əmirov deputat oğlunun iddialarını rədd edərək, Qəribovdan cəmi 4 milyon manat aldığını və onu da artıqlaması ilə qaytardığını bildirmişdi.

Rəşadın adının hallandığı daha bir qalmaqal isə vergidən yayınmaq ittihamı ilə 2018-ci ilin dekabrında onun barəsində cinayət işinin açılmasıdır. Lakin çox qəribədir ki, Vergilər Nazirliyinin təqdimatı ilə açılan cinayət işinə məhkəmə tərəfindən xitam verilib. Ancaq Nazirliyin apellyasiya və kassasiya şikayətinə baxmayaraq, müvafiq məhkəmələr Rəşadı məsuliyyətdən kənarda saxlayıblar. Budur, "dosye”si kifayət qədər "zəngin”olan Rəşad deputatlıq iddiasındadır.

57 saylı dairədə tragikomediya bununla bitmir. 9 fevral seçkilərində YAP həmin dairədən Fərhad Qəribovun əmisi oğlu Nizami Qəribovun namizədliyini irəli sürüb. Məsələ ondadır ki, Fərhad Qəribovun mandat aldığı 2005-ci il seçkilərində də əsas rəqibi YAP-ın o zaman da rəsmi namizədi olmuş Nizami Qəribov idi. Həmin seçkilərdə F.Qəribovun keçmiş qudası Ərəstun Cavadovun da dəstəyi ilə əmisi oğluna qarşı mübarizə aparsa da, 2015-ci il seçkilərində növbəti dəfə formal namizəd kimi irəli sürüldü və 1980-ci il təvəllüdlü Müslüm Məmmədova uduzduruldu.

Əvvəlki düşmənçiliyin də qalmadığı üçün hesab olunur ki, YAP 2005-ci ildə ataya qurban verdiyi namizədini 2020-ci ildə övlada yem etməyi qərarlaşdırıb.

Mövzunu davam etdirəcəyik./Secki.net/

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

Bütün xəbərlər