Gündəm

15 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər “satan” vəzifəli şəxs həbs edildi

Bir neçə ay əvvəl vəzifədən azad edilən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyin 20 saylı MKS-nin rəisi Anar Abbasov həbs edilib.

"MUMtv.az"ın "Qafqazinfo”dan əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü A.Abbasov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci (Külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması) maddələri ilə açılmış işin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. Belə ki, o, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. O, boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzili 15.000 manat, üç otaqlı mənzili 20.000 manat, dörd otaqlı mənzil isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd

edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 00 və 186 000 manat pul alıb. Bu məqsədlə A.Abbasov saxta möhür hazırlatdıraraq sənədləri saxtlaşdırıb. O, zərərçəkmiş şəxslərdən pulu Sumqayıt şəhər Məhəmməd Əsədov küçəsində yerləşən xidməti otağında alıb.

Lakin bir müddət sonra A.Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasov yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilinib. Ona 8 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan sabiq rəis məhkəmə zalındaca həbs edilib.

Son xəbərlər

Rektor pilləkən qəfəslərinə 118 min xərcləyir

Köçkünlərə növbəti zərbə: Tikinti şirkətləri Prezidentə yalan danışır?

Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”: Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? – FOTO

Hesablama Palatası İdman Akademiyasıdakı nöqsanları niyə yaymadı?

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

Dələduzların qurbanı olmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO

Azərbaycanda bu qışın sərt keçəcək? - Rəsmi açıqlama

31 yaşlı jurnalist 70 yaşlı prezidentliyə namizədi necə tora salıb?

Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nı təsdiq etdi

Beyrutda ölənlərin sayı açıqlandı

Milli Məclisdə yeni komitələr yaradıla bilər

Ürək sağlamlığını necə qoruyaq?

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı iddialar nəzarətə götürülüb

İlham Əliyevin açılışını etdiyi Xankəndindəki məktəbin GÖRÜNTÜLƏRİ

Prezident maltalı həmkarını təbrik etdi

219 nömrəli məktəb bağlanır? - Rəsmi açıqlama

Xətaidə bu gün su olmayacaq

Maşın bazarında bu avtomobillərin qiyməti artdı - VİDEO

Qazaxıstanda həbsxanada məhbuslar iğtişaş törədib

Azad olunmuş ərazilərimizdə çox sayda silah-sursat aşkarlandı

20 il əvvəl edilən tatu qaraciyər sirrozuna səbəb oldu

Rüşvətə görə həbs olunan məmurun barəsində daha bir cinayət işi başlandı

Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bu ölkə Livandakı vətəndaşlarının təxliyəsinə başladı

Paşinyandan erməni diasporuna xəbərdarlıq

Kredit maaş kartından birbaşa tutula bilərmi?

"Nazirlərin “3+3” formatında görüşü üçün iş aparılır" - Zaxarova

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Bütün xəbərlər