Gündəm
Gündəm / Siyasət
Azərbaycanda bu şəxslərə dini kəbin qadağan edilə bilər
![Azərbaycanda bu şəxslərə dini kəbin qadağan edilə bilər Azərbaycanda bu şəxslərə dini kəbin qadağan edilə bilər](https://dogruxeber.az/uploads/posts/2024-05/medium/1716554963_67b5ca9ce4064d4ffe7d5522344b994ddinikebin-jpg.jpg)
Nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilə bilər.
"MUMtv.az" Report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamlar öz əksini tapıb.