Gündəm

Rəqib olan tanınmış namizədlər - SİYAHI
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər verdiyimiz kimi, 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində artıq qeydə alınmış namizədlərin ilkin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. MSK-nın açıqladığı son məlumata əsasən, 1047 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında siyasi partiyalardan və ictimaiyyət arasında kifayət qədər tanınan simalar var. Bu baxımdan builki seçki marafonunun maraqlı keçəcəyi gözlənilir. Hətta bir sıra dairələrdə mübarizənin daha da qızğın olacağını da indidən təsəvvür etmək mümkündür. Seçicilər yanvarın 17-dən etibarən namizədlərin seçki yarışının şahidi olacaqlar.

Xeberekspress.az "Qafqazinfo”-ya istinadən bir-birinə rəqib olan tanınmış namizədlərlə bağlı məlumatları təqdim edir.

 
REAL Partiyasının eks-məclis başqanı, hazırda namizədliyi "Hərəkət” seçki bloku tərəfindən irəli sürülmüş Azər Qasımlı 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəddir. Onun bu dairədə rəqibi REAL Partiyası tərəfindən namizədliyi irəli sürülmüş tanınmış hüquqşünas Cavad Cavadovdur. YAP-ın həmin dairədə namizədi isə Heydər Əliyev mərkəzində direktor müşaviri olan Elnur Allahverdiyevdir.

19 saylı Nərimanov seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq Müsavat başqanı İsa Qəmbərin YAP-dan rəqibi isə hazırda V çağırış Milli Məclisin deputatı olan Hikmət Məmmədovdur (Babaoğu).

16 saylı Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış REAL Partiyasının namizədi Erkin Qədirlinin YAP-dan olan rəqibi Yasamal rayon Gənclər və idman idarəsinin rəisi İlham Səfərovdur.

12 saylı Qaradağ-Binəqəd-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış REAl Partiyasının namizədi Natiq Cəfərlinin YAP-dan rəqibi Lökbatan bələdiyyəsinin sədr müavini Səbinə Xasıyevadır. Digər rəqiblərdən biri BAXC sədrinin müavini Niyaməddin Orduxanlı, Müsavatdan rəqibi isə partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyevdir.

35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadə namizədliyini irəli sürüb. Onun bu dairədə rəqibi "Yeni Müsavat” qrupunun rəhbəri Rauf Arifoğludur. Sözügedən dairədən YAP-ın namizədi isə Turan Əliyevdir. T. Əliyev Fövqəladə Hallar Nazirliyinin maddi texniki təchizat idarəsinin rəis müavinidir.

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80 saylı İmişli-Beyləqan seçki dairəsindən rəqibi V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir.

52 saylı Quba seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov yenidən namizəddir. Onun rəqibi YAP-ın gənc xanım namizədi Aysel Şeydayevadır. A. Şeydayeva partiyanın Quba rayon təşkilatının Qadınlar Şurasının sədridir.

31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış Mehman Hüseynovun rəqibi tanınmış təhsil eksperti Etibar Əliyevdir.

Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən 105 saylı Tovuz seçki dairəsindən namizəddir. Onun bu dairədən hakim partiyadan olan rəqibi Tovuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Məhəbbət Hüseynovadır.

Tanınmış həkim, REAl Partiyasının namizədi Vasif İsmayıl da 41 saylı Sumqayıt seçki dairəsindən namizəddir. Onun bu dairədə YAP-dan olan rəqibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Nəsimi Paşayevin rəqibi isə V çağırış Milli Məclisin deputatı Əli Hüseynlidir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 61 saylı Neftçala seçki dairəsindən rəqibi tanınmış təhsil eksperti Kamran Əsədovdur. YAP-ın bu dairədə olan namizədi Gültəkin Sadıqova isə Neftçala rayon icra başçısının müavinidir.

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınmış V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının rəqibi isə 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirən tanınmış qazi Kamil Müsəvidir.

Müsavat Partiyasının üzvü, namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən qeydə alınmış Yadigar Sadıqlının rəqibi isə jurnalist Yelena Sidorenkodur( Eyvazlı).

"Ağ” Partiyasının başqanı 21 saylı Nəsimi birinci seçki sairəsindən Tural Abbaslının namizədliyi qeydə alınarsa, onun YAP-dan rəqibi V çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı olacaq.

Müsavat Partiyasının başqanı Arif Hacılının 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi qeydə alınarsa, Hacılının rəqibi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu olacaq. Digər rəqib isə hazırda V çağırış Milli Məclisin deputatı Ülvi Quliyevdir.

İctimai fəal Bəxtiyar Hacıyevin 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınarsa, onun rəqiblərindən biri Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadaraidir.

V çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyevanın rəqiblərindən biri yazıçı İlyas Əfəndiyevin nəvəsi Tural Əfəndiyevdir. T. Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidentidir.

"Hərəkət” seçki blokunun 22 saylı Nəsimi seçki dairəsindən namizədi Turqut Qəmbərin namizədliyi qeydə alınarsa, onun bu dairədən rəqiblərindən biri V çağırış Milli Məclisin deputatı Asim Mollazadə olacaq.

Tanınmış jurnalist Ləman Ələşrəfqızının 117 saylı Oğuz-Qəbələ seçki dairəsində rəqibi hazırda V çağırış Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır.

45 saylı Abşeron seçki dairəsindən jurnalist Zahir Əzəmətin namizədliyi qeydə alınarsa, onun rəqibi V çağırış Milli Məclisin spikeri Oqtay Əsədov, digər rəqibi isə həmkarı Ceyhun Musaoğlu olacaq.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini verən Elza Seyidcahanın rəqibi isə namizədliyi qeydə alındığı halda tanınmış idman jurnalisti İlkin Xəlilov olacaq.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər