Gündəm

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

MUMtv.az: - Yaponların bir atalar sözü var: yalan dörd nalla gedər, həqiqət isə addım-addım irəliləyər, lakin yenə də vaxtında çatar… Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadə bilsəydi ki, bacısı Nigar İsmayılzadə dörd nalla hansı yalanların müəllifidir, amma yenə də reallıq gec-tez özünü yetişdirib, hər halda yaşadığı ölkədə utanardı. Ən tragik gerçəklik isə odur ki, Gürsəl bəyin səfir olduğu ölkənin təhsil keyfiyyəti ilə bacısı Nigar xanımın dekan müavini kimi təhsilə verdiyi “töhfə” arasında bir uçurum mövcuddur. Əgər onun yaşadığı ölkədə yaponlar bilsəydilər ki, səfirin bacısı BDU-da İlahiyyat fakültəsinin dekan müavini postunda rüşvət qalmaqalı ilə gündəmə gəlib, bir diplomata hansı münasibət sərgilənərdi?! Həyatın ironiyasına bax – adı İlahiyyat olan fakültənin dekan müavini rüşvətlə ad çıxarır. Maraqlıdır, ilahiyyatçılar buna necə qiymət verərdilər? Bu hadisəyə yalnız belə ad vermək olar – qardaşı “yaponski” səfir olan bacının BDU-da “kitayski” əməlləri…
Bəli, çoxuna məlumdur ki, Nigar İsmayılzadə yayılan səs yazısı ilə ölkədə və tələbələr arasında populyarlaşıb.



Sonra BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə tələbələrə yüksək səslə hədə-qorxu gələrək yazdıqları şikayət məktubunu geri götürmələrini tələb etmişdi. O zaman BDU rəhbərliyi tərəfindən rüşvət şikayətini yoxlamaq üçün komissiya təyin olunmuşdu. Amma ki nə fayda?! Hələ də öz işini davam etdirir. Yaponiyada belə skandal olsaydı, çoxdan dekan müavini də, onun vəzifə tutan qohumu da istefa verərdi. Çünki sivil ölkələrdə istefa mədəniyyəti var. Ancaq bizdə hərə “öz ayağından asılır” misalı var, hərçənd o da işləmir, İsmayılzadə sanki rüşvət tələb edən tərəf deyilmiş, özünü məsələyə “fransız” aparır.
Hətta Komissiya və BDU rəhbərliyinə Nigar İsmayılzadədən etirazını bildirən tələbələri yanına çağıran dekan müavini özünün lehinə ərizə məhkəməylə qorxudaraq, məqsədinə nail olmağa çalışırdı. Yeri gəlmişkən, xanım İsmayılzadənin intihar etmiş keçmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri haqda mətbuatda çox deyilib. Amma onun MTN zabiti ilə işbirliyi nədən ibarət olub bəlli deyil. Hətta bundan sonra da İsmayılzadə yoluna davam edib, bir ara daha yüksək post eşqinə düşüb. Görünür, baş verənlər adi hal imiş. Əvəzində məhkəməyə verdiyi tələbə ölkəni tərk etmək məcburiyyətində qaldı.Belə olduğu halda cənab səfirə sualımız yaranır:- Bu repressiv davranışlar Yaponiya təhsilində ola bilərmi, cənab səfir Gürsəl bəy?//Rubrika.Az


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər