Gündəm

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) verdiyi xəbərə görə Yerdən təxminən 3000 işıq ilə məsafədə, Şimal Tacı bürcündə yerləşən T CrB ulduzu yaxın aylarda təkrar yeni ulduz kimi alışacaq.

Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, alimlərin hesablamasına əsasən, T CrB yeni ulduz kimi alışdığı zaman onun parıltısı Yerdən adi gözlə görünəcəkdir. Bu hadisənin 2024-cü ilin sentyabr ayınadək baş verəcəyi gözlənilir. Yeni ulduz alışmasını adi gözlə görə bilmək çox nadir hadisədir və hər nəslin bu şansı olmur.

Yeni ulduzlar yeni doğulmuş ulduzlar deyil, əksinə artıq həyatlarının son mərhələsinə çatmış ulduzun son alışmalarıdır. Yeni ulduzların sayının kifayət qədər olmasına baxmayaraq onların əksəriyyəti cəmi bir dəfə alışırlar. Əgər ulduz ikinci dəfə yeni ulduz kimi alışırsa, o təkrar yeni ulduz adlanır. Təkrar yenilərin müşahidəsi isə həddindən çox nadir haldır. Astronomlara cəmi bir neçə təkrar yeni ulduz məlumdur. Bu ulduzlar müəyyən periodla yeni ulduz kimi alışırlar və bu müddət bir ildən milyon ilə kimi dəyişə bilər.

Şimal Tacı bürcünün T CrB ulduzu ömürlərinin son mərhələsinə çatmış ağ cırtdan və qırmızı nəhəngdən ibarət qoşa sistemdir.

Ağ cırtdanlar ömrünün son mərhələsində olan kiçik kütləli ulduzlardır. Kütlələri Günəş kütləsi ətrafında olan bu ulduzların radiusları Günəşin radiusundan təxminən 100 dəfə kiçik olduğuna görə onlar çox böyük sıxlığa, yüksək temperatura və güclü cazibə qüvvəsinə malik olurlar. Nəticədə qırmızı nəhəng örtüyünü atdıqca, atılan maddə ağ cırtdan tərəfindən "tutulur” və bu proses ağ cırtdanın kütləsi kritik kütləyə çatanadək davam edir. Günəşin mərkəzində gedən istilik-nüvə reaksiyaları ağ cırtdanların birbaşa səthində baş verir. Nəticədə səth temperaturu bir neçə milyon dərəcəyə çatan ulduz yeni ulduz kimi alışır. Bu da öz növbəsində çox böyük enerji ayrılması ilə müşaiyət olunur. Alışma zaman sistemin ümumi parlaqlığı 1000, bəzən 100 000 dəfəyə kimi artır.

T CrB ulduzunu xüsusi edən onun periodunun məlum və sabit olmasıdır. Ulduzun alışmaları 80 illik periodla təkrarlanır və son alışma 1946-cı ildə qeyd olunub. Bu cür partlayışların təhlili qoşa sistem ulduzları arasında alışmaya səbəb olan kütlə mübadiləsinin mexanizmini daha yaxşı anlamağa kömək edir.

Hal-hazırda T CrB-nin görünən ulduz ölçüsü +10m-dir. Təkrar yeni ulduz kimi alışdıqdan sonra isə onun görünən ulduz ölçüsü +2m olacaq ki, bu da qütb ulduzunun parlaqlığına yaxındır. Bu zaman ulduz adi gözlə də yaxşı görünəcək. Ulduz öz parlaqlığının pikində bir neçə gün qalacaq, ən yaxşı halda o bu parlaqlıqda bir həftə ətrafında qala biləcək. Sonra isə parlaqlığı zəifləyərək yenidən zəif obyektə çevriləcək. Adi halda ağ cırtdanlar o qədər kiçikdirlər ki, onları adi gözlə görmək mümkün deyildir.


Son xəbərlər

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Həbsdən çıxan kimi ilk bu yerə getdi - FOTO

Rusiyada polis postuna silahlı hücum edildi - Ölənlər var

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Bütün xəbərlər