Gündəm

 

Tarixçi alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev 84 yaşında vəfat edib.

Azərbaycan Milli Elmlər Akademiyasından Lent.az -a verilən məlumata görə, Vəli Əliyev 1936-cı ildə Şəki rayonunun, Daşbulaq kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib, 1966-cı ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2003-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

O, 1959-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1960-cı ildə bu qurumda kiçik elmi işçi, 1971-ci ildə baş elmi işçi vəzifələrində çalışıb.

 

V.Əliyev Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi idi. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş "Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, "Qədim Naxçıvan”, "Ağsunun tarixi səhifələri”, "Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. "Gəmiqaya”, "Naxçıvanın Qədim qala şəhərləri”, "Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanıb.

Alim Arxeologiya və Etnoqrafiya İnstitutunun "Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyəti” mövzusunun əsas tədqiqatçısı və Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri idi. O, Naxçıvanda qədim və orta əsr abidələri üzrə elmi tədqiqat işləri aparıb.

Onun tərəfindən 1960-1980-ci illərdə aparılan axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev Ordubad rayonu ərazisində Qapıcıq-Gəmiqaya zirvəsinin cənubunda, dəniz səviyyəsindən 3500–3700 m. yüksəklikdə qədim Boyalı Qablar mədəniyyətinin qayaüstü təsvirlərini – petroqlifləri (e.ə. IV-I minilliklər) aşkara çıxarıb tədqiq edib.

Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlanıb.

İctimai fəaliyyəti ilə tanınan Vəli Əliyev Azərbaycan Ağsaqqallar şurasının və "Pakistan və Mərkəzi Asiya elmi Assosiasiyasının” üzvü olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər