Gündəm
Gündəm / Dünya
Orduda qadın etirazı: Xidmətdən imtina etdilər
İsrail ordusundakı 100-dən çox qadın əsgərin bazaları tərk etdiyi və sərhəd nəzarəti bölməsində xidmət etməkdən imtina etdikləri açıqlanıb.
"MUMtv.az" xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İsrail ordusu hələ də müşahidə bölməsində xidmət edəcək qadın əsgər tapmaqda çətinlik çəkir.
Xəbərdə İsrail ordusundakı müşahidə bölməsinin sərhədə yerləşdirilən təhlükəsizlik kameraları və pilotsuz uçuş aparatlarından (PUA) çəkilən görüntüləri izlədiyi və bu açıqlamaların edildiyi bildirilib:
"Bu həftə sayı 346-ya çatan qadın əsgərlərin yarısı təlim bazalarına getməkdən imtina edib".
Həmin qadın əsgərlərin həbs cəzası gözlənilmədiyi, lakin "Tel Hashomer" paylama bazasında bir müddət saxlanıldıqdan sonra başqa yerlərə təyin oluna biləcəkləri bildirilib.