Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Ordumuzun mövqeləri yenidən ATƏŞƏ TUTULDU
Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"MUMtv..az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir.