Gündəm

Bu prospektdə avtobus və velosiped zolaqları təşkil ediləcək

8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib.

"MUMtv.az" xəbər verir ki, layihədə tətbiq olunacaq yanaşma Nəqliyyatı Əlaqələndirmə Şurasında aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.

Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində:
– avtobus zolaqları təşkil ediləcək;
– ayrılmış velosiped zolaqları salınacaq;
– işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq;
– bufer zona tətbiq ediləcək;
– hərəkət zolaqlarının sayı eyni saxlanılacaq.

8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq.

Qeyd edək ki, ictimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır.

8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək.


Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər