Gündəm

Xəbər verdiyimiz kimi, ötən il Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb. Noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti dünən axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb.

"Yeni Sabah” xəbər verir ki, azərbaycanlı məşhurlar da bu dəhşətli hadisəyə səssiz qalmayıb. Ötən ildən bəri Nərminin axtarışında olan teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşım edərək göz yaşı töküb: "Nərmin, sənin axtarışına çıxarkən bilirdim ki, sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım, deyirdim, bəlkə də sağ tapılacaqsan. Əlimdən gələni etdim, böyüdüyün evi, ətrafını, gəzdiyin küçələri gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Həftələrlə iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm. Düşünürdüm, möcüzə olar, sən zəng edərsən, "Məni xilas edin” deyərsən. Olmadı, Nərminim, olmadı, xınalı quzum. Məni bağışla, səni sağ tapa bilmədim. Məni bağışla, sən öldürülərkən fəryadına yetişə bilmədim. Məni bağışla, sızlayan yaralarına məlhəm ola bilmədim, bala.

Gecə 01:47-dir, mən hələ də yata bilmirəm, səni öldürdükləri - yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, o an kimi çağırdın? O balaca ürəyin yaşadığın dəhşətə necə dözdü? Dözə bilmirəm bu acıya, göz yaşları ilə bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla, cənnət quşum, mələyim, Nərminim…”

İfaçı Sabina Selcan da Nərminin fotosunu paylaşaraq, cinayətkarın tapılmasını tələb edib: "Səhər tezdən paylaşımları gördüm bütün vücudum sızladı. Gözümü yumub təsəvvür etdim, ürəyim qan ağladı, can, Nərmin bala. Günahsız mələyim, kim bilir nə əziyyət verdi o vicdansız, şərəfsiz sənə. Allahım, sən özün bilənsən, görənsən… O şərəfsizin ermənidən nə fərqi? Bütün aidiyyatı orqanlara üzümü tutub xahiş edirəm, qısa zamanda o biqeyrət tapılsın. O vəhşi cəzasını çəksin! Hələ 10 yaşı var idi, niyə qoymadın həyatın dadını görsün, ay şərəfsiz?!”

Aktyor Sərxan Kərəmoğlu bu əməli törədənlərə lənət oxuyub: "Allah lənət etsin, başqa heç nə deyə bilmirəm. Baxarsınız, indi bu işin altından kimlər çıxacaq. Xoşqədəm Baxşəliyeva bir həftə keçdi, üstüörtülü dedi, amma təəssüf ki, anlayan olmadı”.

Teleaparıcı Murad Əzimzadə də hadisəyə susmayanlar arasında yer alıb: "İfadəsi mümkünsüz ağrı və acıdır. İnsanlıq adına utancdır. Vicdanın, adamlığın öldüyü andır. Tovuzda 10 yaşlı Nərmin noyabr ayından itib və dünən yanmış halda meyiti tapılıb. Bu paylaşımı uşaq zorakılığı və ölümlərinə son deyərək, bütün hiss və duyğularımla paylaşıram. İnşallah, yaxın zamanda cinayəti törədənlər aşkarlanar və ən ağır cəzanı alarlar! Nərminlər ölməsin deyə, susma!”

Qeyd edək ki, hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər