Gündəm

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

MUMtv.az: - Ermənistanın müxalifət mətbuatı Nikol Paşinyanın tərəfdarlarını terrorla hədəlməyə başlayıb. Müxtəlif media orqanlarında dərc olunan məqalələrdə yazırlar ki, son günlər hakim “Mülki Müqavilə" partiyasının ofisi və üzvlərinin evləri qarşısında partlayışlar baş verir, polis bölmələrinə hücumlar qeydə alınır və s.

Müxalif mətbuat bunları misal göstərərək erməni cəmiyyətinə təlqin etməyə çalışır ki, hakim partiyanın üzvləri həyatları üçün qorxmağa başlayıblar və hakimiyyətin devrilməsi halında iztirablarla üzləşəcəklərindən çəkinirlər.

Mətbuat onu da yazır ki, hadisələrin nəzarətdən çıxacağı halında Baş nazir Nikol Paşinyan ölkəndən qaçacaq və Qərb ölkələrindən birində sığınacaq tapacaq, hakim partiyanın digər üzvləri isə qaça bilməyəcəklər.

Politoloq Elxan Şahinoğlu bildirir ki, müxalifətin mətbuat vasitəsilə yayımladığı məqalələrin məqsədi aydındır.

Onun sözlərinə görə, müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın, əks halda sizi ölüm və həbs gözləyir: “Seçki və küçə mitinqləri yolu ilə hakimiyyətə gələ bilməyən müxalifət bu üsulla hakim partiyanın içində fikir ayrılığının dərinləşməsinə və Nikol Paşinyanın hökumət içində mövqelərinin zəifləməsinə çalışır”.

Ekspert hesab edir ki, müxalifətin bu planlarından Paşinyan xəbərdardır, ona görə də Baş nazir tez-tez partiyasının qapalı toplantılarını keçirərək partiyadaşlarıyla müxtəlif mövzularda müzakirələr aparır.

“Bu Paşinyana ona görə lazımdır ki, kimin necə düşündüyünü özü üçün müəyyənləşdirə bilsin. Hökumət üzvlərindən və hakim partiya funksionerlərindən hələ ki, Paşinyan əleyhinə açıqlama verən yoxdur. Ancaq bunun daima belə olacağının təminatı da yoxdur”, - E.Şahinoğlu vurğulayıb.//azpolitika.info

Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər