Gündəm

Azərbaycanda "TikTok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq?  - RƏSMİ

"TikTok" Azərbaycan seqmentində yeni şərtlərlə bağlı məlumatları təkzib edib.

"MUMtv.az" bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.

"Yeni şərtlərlə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir", deyə şirkətdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl "TikTok"un Azərbaycan seqmentində yeni şərtlərin olacağı bildirilib. Belə ki, sosial şəbəkədə qeydiyyat şəxsiyyət vəsiqəsi vasitəsilə həyata keçiriləcək və "TikTok" istifadəçisinin hesabına daxil olan jetonlar vergi ödənilməklə rəsmi olaraq çıxarıla bilər.

Bundan əlavə, milli dəyərlərə zidd olan məzmunun bloklanacağı qeyd edilib. Qeyri-adekvat davranan istifadəçilər xüsusi nəzarətə götürüləcək.

"TikTok"da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Həqiqətə uyğun deyil və reallığı əks etdirmir".

Bunu isə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

"Ümumiyyətlə qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil, müzakirə predmeti deyil. Bizim vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil. Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə bu ağlabatan görsənmir və Azərbaycan hökuməti ilə "TikTok" arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın xüsusi xidmət və digər əlaqəli qurumları ilə "TikTok" arasında yetərincə əlaqələr var. "TikTok" yeganə qlobal resurslardandır ki, Azərbaycan rəsmiləri və hətta qeyri-rəsmiləri ilə təmasları yetərincədir. Azərbaycana qarşı hesabatlıdırlar. Bizim təhlükəsizlik qurumlarının "TikTok"la əlaqəli apardığı uğurlu əməliyyat axtarış tədbirlərinə əsasən onu demək o olar ki, lazım olanda bu qurumlar "TikTok"la bir başa əlaqə qurub zəruri məlumatları əldə edə və ya sildirə bilirlər.

Yeri gəlmişkən, ümumiyyətlə qlobal resurslardan "istifadəçilərlə bağlı məlumatlar əldə etmək, nəyisə sildirmək" həmişə milli hökumətlər üçün problemli məsələ olub. Bu asan deyil, məhkəmə qərarları, əsaslandırılmış sorğular və s. olmalıdır. "TikTok"un öz qaydalarına zidd olan məlumatları sildirmək daha asan olur, nəinki ölkədaxi qanunlara zidd olan olanlar. Burada ikili standartlar həmişə var.

Amma bir daha vurğulamaq istərdim ki, bildiyim qədər "TikTok"un yerləşdiyi Sinqapur güc strukturları ilə Azərbaycan arasında əlaqələr var və Azərbaycanın güc strukturlarından da tez-tez onlara sorğular alırlar. Təsəvvür edin ki, Azərbaycan güc strukturlarından "TikTok"a daxil olan bir sorğunu Sinqapur prokuroru bu ölkənin qərarları çərçivəsində həll etməlidir. Sadəcə, bu tip sorğuların icrası bütün milli hökumətlər üçün baş ağrısıdır.

Sonuncu dəfə "TikTok" rəsmiləri ilə Azərbaycan hökuməti arasında , Azərbaycan hökumətinin ötən il qəbul etdiyi, adətən "Google vergisi" olaraq adlandırılan verginin ödənilməsi üçün TikTok-un DVX-də qeydiyyatdan keçməsi məsələsi , Azərbaycan ekosisteminə dəstək verməsi məsələsi müzakirə mövzusu olub.

Bildiyim qədər "TikTok" İqtisadiyyat Nazirliyində DVX rəsmilərinin də iştirak etdiyi toplantıda Azərbaycanda qazandığı gəlirlərdən vergi ödəməyə razılıq verib və güman ki, artıq VÖEN də alıb", deyə Osman Gündüz qeyd edib.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər