Gündəm

Makronsayağı Azərbaycanofobiya

MUMtv.az: - XIX yüzilin görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Fransadakı abidəsinin aşağılanmasını göstərən fotoşəklə ürpənmədən baxmaq olmur! Əgər XXI yüzil vandalizminin fotodəlilləri ilə təqdim olunan məqalənin başlığını oxumasan, bu olayın planetar sivilizasiya dışında qalan, ümumbəşəri dəyərlər anlayışı olmayan, insan dühasının yaratdıqlarını məhv edən və məsxərəyə qoyan gerizəkalı, avtargiya səciyəli bir ölkədə baş verdiyini düşünə bilərsən!

Lakin bunun Avropa demokratiyasının beşiyi və respublika dövlət quruluşunun ilk örnəklərindən biri olan, Monteskyö, Volter və Russo fəlsəfəsinin çiçəkləndiyi, 1789-cu ildə qəbul edilmiş və dünya tarixi üçün böyük önəm daşıyan "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi”nin meydana çıxdığı bir ölkədə baş verdiyini fikirləşənədə Fransa Prezidenti Emmanuel Makronun yaratdığı formaca demokratik, mahiyyətcə neoimperialist rejimdən doğan deqradasiyaya heyrətlənməyə bilmirsən. Makron, şübhəsiz ki, 1859-cu ilin aprelində Parisdə çap olunmuş "Qafqaz səyahətindən təəssüratlar” əsərində böyük fransız romançısı Aleksandr Dümanın Xurşidbanu Natəvanın intellekt və mədəniyyətinə verdiyi yüksək qiymətdən xəbərsizdir, xəbəri olsa belə, bunu anlamaq iqtidarında deyil.

Aleksandr Düma Bakının rayonlarından birində polis rəisi Piqulevskinin evində Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olmuş, Azərbaycan şairəsinin iti zehni, dərin elmi biliyinə heyran qalmış, şahmat oyunuda 26 yaşlı bu gənc qadına uduzmuş və şairənin timsalında XIX yüzil Azərbaycan ziyalılarının intellektual səviyyəsini görə bilmişdi. Yeri gəlmişkən, Düma Azərbaycan dilini bilməsə də, Natəvanla ünsiyyətdə heç bir dil sorunu yaşamamışdı, çünki Azərbaycan ziyalı elitasının bir çox nümayəndələri fransız dilində mükəmməl danışırdılar.

Avroatlantist Makronun həm öz daxili, həm də xarici siyasətiylə faktiki olaraq neokolonializm və ksenofobiya yetişdirməsi əsla təəccüblü deyil. Bunu sübut edən çoxlu faktlar var və onlardan bir neçəsini örnək göstərəcəm. Paris "Afrika frankı" sistemi vasitəsilə qitədəki 14 dövlətə nəzarət edir. Bu, müstəmləkəçiliyin modern formasıdır. Təsadüfi deyil ki, Afrikanın bir sıra ada dövlətləri Mozambik boğazı və Hind okeanının qərbində Fransaya məxsus bir qrup adaların özlərinə qaytarılmasını tələb edirlər. Buraya bir neçə onillik ərzində Fransa tərəfindən ələ keçirilən Eparse (Mozambik Boğazı), Xuan de Nova, Bassas da İndiya, Avropa, Qloryoz, Qeyzer adalarının Fransa tərəfindən geri qaytarılmasını tələb edən keçmiş Fransız Madaqaskarı və Parisin Tromelin adalarının geri qaytarılmasına israr edən Britaniya Mavrikisi və s. daxildir. Bu kiçik adacıqların ümumi sahəsi 40 kv.km-dən çox olmasa da, onların sayəsində Fransanın Hind okeanındakı dəniz iqtisadi zonasının ümumi akvatoriyası 640 min kv.km-dən çox olan nəhəng ölçülərə çatır ki, bu da metropoliyanın öz ərazisindən 15% çoxdur.

Rəsmi Paris neft və qaz ehtiyatları ilə zəngin olan bu ərazilərdə öz müstəmləkəçiliyini saxlamaq cəhdini bu bölgələrin bir çoxunda metropoliya hərbi obyektlərinin yerləşdirilməsi ilə əsaslandırır. Bunu nəzərə alanda, Makronun Azərbaycanı dünya birliyi tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa etmək və respublikanın kontinental ərazisi ilə eksklav hissəsi – Naxçıvan arasında əhali və nəqliyyatın keçidi üçün dəhliz yaratmaq cəhdinə görə qınamasına sinizm və həyasızlıqdan başqa ad vermək olmur!

Sual doğuran budur ki, ermənilərin yarım milyonluq əhalisinin 67 milyonluq Fransa üzərində niyə, axı, bu qədər təsiri var? Əhalisinin 0,75%-nin Beşinci Respublikanın bütün yerdə qalan xalqına öz iradəsini diktə etdiyi neomüstəmləkəçi Fransa niyə bu gündədir?!! Axı, məhz erməni diasporunun təhriki ilə 2020-2024-cü illərdə Fransa Senatı nəinki Ermənistanı dəstəkləyən və Azərbaycanı pisləyən (17 yanvar 2024-cü il, 15 noyabr 2022-ci il, 25 noyabr 2020-ci il), həm də Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını tələb edən ən azı 3 qətnamə qəbul edib. Bu harda görünüb ki, dövlət başçısı hakimiyyətinin ötən dövründə əhalinin 0,5% nümayəndələri qarşısında hesabat versin?!! 2022-ci ilin yanvarında Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədrləri Murad Papazyan və Ara Toranyanın başçılıq etdiyi erməni icmasının nümayəndə heyəti ilə görüşən Emmanuel Makron bütün dünyaya bir növ "möcüzə” göstərərək yenidən seçiləcəyi təqdirdə, 5 il müddətinə qarşılıqlı fəaliyyət planlarından danışıb. Görüşdən məmnun qalan erməni əsilli həmvətənləri onun başına sığal çəkərək əmin ediblər ki, ermənilər ikinci turda "təhlükəli ultrasağçı siyasətdə” suçladıqları Marin Le Peni deyil, hazırkı prezidenti dəstəkləyəcəklər.

Dövlət başçısının himayədarlığı sayəsində cəzasız qalacaqlarını hiss edən bir qrup təkəbbürlü erməni məhz həmin ilin sentyabrında Azərbaycanın Fransadakı Səfirliyi nəzdində fəaiyyət göstərən Mədəniyyət mərkəzinə hücum etdilər. Polisin müdaxiləsi sayəsində hücumun qarşısı alınsa da, basqınçılar heç bir cinayət məsuliyyətinə cəlb edilmədilər.

Bir il öncə Makronun fundamental himayəsindən istifadə edən erməni əsilli fransız ictimai xadimi, ixtisasca zərgər olan Xovel Şenorokyan öz "yoldaşları” ilə birlikdə erməni xalqının təkcə dili deyil, həm də "mənəvi” dəyərlərinin gələcək nəsillər üçün çox faydalı humanitar irsinin arxasında gizlənərək, faktiki olaraq Azərbaycan və türk xalqlarına qarşı fizioloji nifrətin qızışdırılması ilə məşğul olan "DiasporArm” təşkilatını yaratdı. Maraqlıdır ki, Fransadakı yarım milyonluq erməni icması 7,5 milyon ərəb-islam icması ilə eyni sayda ictimai-siyasi və ictimai-dini təşkilatlara malikdir və bu, kifayət qədər ciddi perspektiv təhlükə vəd edir.

Fransanın yarım milyon erməni əhalisi üçün 70-ə yaxın erməni məktəbi, onlarla erməni kilsəsi, mədəniyyət mərkəzi, media, kitabxana və sair olduğu halda, 6 milyon ərəb əhalisi üçün ərəb dilində məktəblər barmaqla sayılacaq qədər azdır. Bunlar vur-tut La Reyunyon adasında (Maqadaskarın şərqində) bir məktəb, Obervilyedə müsəlman kolleci, Lildə bir məktəb və Savoyyada yeni açılmış məktəbdən ibarətdir! Az olar ki, çox olmaz!

Əgər erməni "qurbanlarının” azad yaşam hüququ bu vandalların Azərbaycan, Türkiyə və bütün İslam dünyasına qarşı getdikcə daha çox yeni mürtəce hərəkətlərinə gətirib çıxarırsa, erməni ictimai-siyasi strukturlarının təşəbbüsü ilə Fransada baş verən azərbaycanofobiya təzahürlərinin qarşısının alınmasından hansı söz gedə bilər?

Və bütün bunlar təkcə Makronun rəhbərlik etdiyi indiki hakim rejim tərəfindən nəinki təşviq edilir, həm də onlardan antiislam, antitürk siyasətlərinin həyata keçirilməsi, Cənubi Qafqaza nüfuz etmək, Rusiyanı bölgədən sıxışdırmaq, Türkiyə və İranın regiondakı təsirini zəiflətmək üçün istifadə edilir. Belə olan halda Fransanın Klermon-Ferran şəhərinin meydanlarından birinə qondarma "erməni soyqırımı” ilə bağlı "Ermənistan” adı verilməsi, bu münasibətlə keçirilən tədbirdə hətta tam fiaskoya uğramış "Artsax”ın bayrağının dalğalanması tamamilə qanunauyğundur.

Fransanın "Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brunun bu günlərdə "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda ifadə etdiyi fikrə görə, "... İkinci Qarabağ müharibəsini müsəlman-xristian qarşıdurması kimi təqdim etməyə cəhd etdilər ki, bu da böyük səhvdir”. Baş redaktor onu da vurğulayıb ki, Fransada müsəlmanlara təhlükə kimi yanaşılır.

Bu gün Fransada gərginləşən mənəvi-psixoloji iqlim Xurşidbanu Natəvanın abidəsinin təhqir olunmasına bənzər olayların yenidən baş verməsinə səbəb ola bilər. Bu, yalnız bütün fransız xalqını deyil, həm də dünya mədəniyyət xəzinəsinə onun verdiyi töhfələri də beynəlxalq səviyyədə diskreditə edir. Fransa Prezidenti elə bil fərqində deyil ki, erməni ictimai-siyasi strukturları və ümumiyyətlə, bütün Fransa erməni icmasının ən mürtəce təzahürlərinə bu cür fransızsayağı qızğın, məsuliyyətsiz dəstək öz dövləti üçün necə təhlükəlidir.

Tarix ermənilərin məhz onları qoruyan və var olmaları üçün ən əlverişli şərait yaradan dövlətlərə xəyanətinin presedentləri ilə doludur. Fransanın da bu qanunauyğun tendensiya ilə qarşılaşacağı gün uzaq deyil! Əlbəttə, artıq çağdaş dönəmdə də ermənilərin indiki himayədarları və onların xeyrinə çalışanlara növbəti xəyanətinin cücərtiləri baş qaldırmağa başlayıb.

Bu baxımdan, erməni "tarixçilərinin" Fransa Erməni Təşkilatları İttifaqının Ofisinin yerləşdiyi, ölkənin bir çox fransız ictimai və siyasi xadiminin ermənipərəst siyasətinin formalaşmasında mühüm rol oynayan Marsel şəhərinin əsasının e.ə. 600-cü ildə yox, e.ə. 523-cü ildə "qədim erməni" tayfaları tərəfindən qoyulduğuna dair iddiaları olduqca səciyyəvidir. Sən demə, o, "Marsax” adlanırmış və təxminən e.ə. 600-cü ildə fokeyalılar və yunanların Kiçik Asiyadan bu əraziyə köçməsi "erməni tarixi torpaqlarından yerli erməni əhalisini” sıxışdırıb çıxarıbmış! Sən demə, o vaxt da "erməni soyqırımı" törədilibmiş! Nəticədə Marsaxın adı təhrif olunaraq, Massaliya (yunanca Μασσαλία, latınca Massilia, və ya Massalia ) şəklini alıbmış!

Fransaya ən qısa vaxtda gözlərinin açılmasını diləməkdən başqa bizə nə qalır ki?! Çünki ermənilərin guya türklər tərəfindən soyqırıma məruz qalması ilə bağlı tarixi əfsanə öz yerini fransız-yunanlar tərəfindən soyqırıma uğramaları ilə bağlı mifə verə bilər!!!

Adəm İsmayıl Bakuvi
Fəlsəfə doktoru


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər