Gündəm

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər - FOTO

"DogruXeber.az" informasiya portalı olaraq biz də, digər saytlar da ölkə ərazisində - xüsusilə də Bakının bir çox rayonlarında aparılan qanunsuz tikintilər barəsindən tez-tez məlumatlar yayımlayırıq. Buna misal olaraq, Xətai, Binəqədi, Nizami və digər rayonların adlarını çəkə bilərik. Amma, maraqlısı budur ki, bu kimi məlumatlar da "bərəkət" kimi paylaşdıqca çoxalır. Aidiyyatı qurumların bu cür qanunsuzluq hallarına laqeydliyini görən digər rayonlar da sanki "olanlardan ilhamlanaraq" eyni halların onların da ərazisində artmasına şərait yaradırlar.

Əslində, dərindən araşdıranda, bu "ilhamın" qaynağının ciblərdən başladığını aydınca görmək olur da, biz sadəcə nəzakət xatirinə məlumatların çoxluğuna bağladıq.

Yeri gəlmişkən, bu cür "palaza bürünüb, elnən sürünən" rayonlardan biri də paytaxtın Sabunçu rayonudur.

Belə ki, "DogruXeber.az" redaksiyasına Sabunçu rayon Sabunçu qəsəbəsində qanunsuz tikinti aparıldığı barəsində məlumat daxil olub.

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər - FOTO

Məlumatda bildirilir ki, Qambay Vəzirov küçəsində fəaliyyət göstərən birmərtəbəli maşınyuma (moyka) məntəqəsinin üstündən əlavə iki mərtəbə də inşa etdirilir. Deyilənə görə həmin obyektin ikinci və üçüncü mərtəbələrinin "xeyir-şər evi" kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Hansı ki, redaksiyamıza həmin ərazinin "SOCAR' neft şirkətinə məxsus olduğu üçün elə üstündə "daha böyük xəyallara doğru start götürən" o, "moykan"ın özünün tikintisinin də tamamilə qanunsuz olduğu bildirilib.

Qeyd edək ki, sözügedən qanunsuz tikinti barəsində redaksiyamız tərəfindən aidiyyatı qurumlara rəsmi sorğular göndərilib.

Qarşıdakı günlərdə sözügedən tikinti barəsində daha ətraflı məlumat və fotoşəkillər portalımızda dərc ediləcək.

Diqqətiniz bizdə olsun.
Mövzunu davam etdirəcəyik

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər