Gündəm

Bu avtomobillər hər an partlaya bilər — Sürücülərə XƏBƏRDARLIQ

Son illər qazla işləyən avtombillərin sayında artım müşahidə olunur. İstər qiymət, istərsə də sərfiyyat baxımından olduqca qənaətcil olan bu maşınlar bir çox alıcı üçün sərfəli hesab olunur.

Lakin qazla çalışan mühərrikə malik avtomobillərdə partlayış və yanğın riskləri digərlərinə nisbətən qat-qat daha çoxdur. Texniki qulluq düzgün aparılmadıqda və nasazlıq meydana gəldikdə bu qəbildən olan avtomobillər sözün əsl mənasında potensial partlayıcıya çevirilir. Bəs görəsən qazla çalışan avtomobillərin sürücüləri nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qaz mühərrikli avtomobillərin alışmasının və partlamasının müxtəlif səbəbləri var:

“Ümumiyyətlə avtomobillər üçün benzindən başqa istifadə olan yanacaqlara alternativ yanacaq vasitələri deyilir. Buna dizel, elektrik və maye qazla işləyən maşınlar aiddir. Qazla işləyən nəqliyyat vasitələrinin özünəməxsus payı var. Eyni zamanda qazla çalışan maşınlar xüsusi diqqət tələb edir. Qazla işləyən maşınlar müdaxilələr olduqda alışa və hətta partlaya bilər. Eyni zamanda yanacaq ötürücüləri mühərrikə düzgün qoşulmadıqda da təhlükə yaranır. Əsasən iqlimi ifrat dərəcədə isti olan ölkələrdə ümumiyyətlə qazla işləyən avtomobillərin istifadəsi təhlükəlir və qəbul olunmur. Azərbaycan gəldikdə isə, son 5 ildə qazla işləyən maşınlarda hansısa partlayış qeydə alınmayıb. Amma bəzi hallarda alışma və yanma hədisələri özünü göstərir və bu o demək deyil ki, bu cür maşınlar qazla bağlı partlayışdan sığortalanıb”.

Ekspert sürücülərin diqqət etməli olduğu nüanslara aydınlıq gətirib:

“Bu növ maşınlara mütləq şəkildə ciddi nəzarət və vaxtında yoxlanışlar lazımdır. Qazla işləyən avtomobillərin təmiri zamanı usta seçiminə diqqət etmək əsas şərtdir. Bəzən olur ki, ustalar hansısa vacib ehtiyat hissəsini atır və avtomobilə qoşmur. Bu isə özlüyündə qaz sızıntısına və avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər. Qaz mühərrikli maşınlar digərlərinə nisbətən dəhşətli dərəcədə təhlükəlidir. Bu cür maşınlar partladıqda ətrafda faciəvi və dağıdıcı fəsadlar verir. Belə hallarla qarşılaşmamaq üçün mütləq şəkildə avtomobilin texniki baxımına və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Sürücülərə tövsiyəm odur ki, ümumiyyətlə çalışdıqları qədər digər yanacaq növlərində çalışan avtomobillərə üstünlük versinlər. Düzdü, qaz mühərrikli avtomobillər benzin və dizellə müqayisədə olduqca qənaətcildir, sadəcə onun texniki baxımına həssas yanaşılmalıdır”.

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Zakir Əliyev vəfat edib

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Bu günə olan valyuta məzənnələri

Litvada keçirilən parlament seçkilərində müxalifət qalib gəlib

Bütün xəbərlər