Gündəm


 
 "Gələn ildən istifadəyə veriləcək Hövsan Yaşayış Kompleksində 2 962 mənzil satışa çıxarılacaq. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir”.

Bu barədə Lent.az -a məlumat verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, həmin mənzillərin 436-sı hərbiçilərə veriləcək:

"Əslində, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək. Bu baxımdan, mövcud elektron sistemin qorunub saxlanması şəffaflıq baxımından daha məqsədəuyğundur.

Bizdə olan məlumata görə, "Güzəştli mənzil" sisteminə beynəlxalq patentin alınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət edilib. Beynəlxalq təşkilat tərəfindən həmin iddia qəbul edilmiş və müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb. Bundan öncə isə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə "MİDA” əmtəə nişanı qeydiyyata alınıb. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə təqdim olunub”.

V.Bayramov qeyd edib ki, "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilmiş onlayn mənzil seçimi prosesləri yekunlaşdıqdan sonra beynəlxalq audit şirkəti "Ernst & Young" ("EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil və öz "SOC 3” rəyini təqdim edir:

"İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) şəffaflığın daha da artırılması məqsədi ilə MİDA-dan mənzil alanların adlarının internet səhifəsində yerləşdirilməsini təklif edir. Azərbaycan Prezidentinin imzaladığı "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanın 4.4. maddəsinə əsasən, mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması nəzərdə tutulub. Deməli, agentlik tərəfindən mənzil almış bütün şəxslərin adlarının ictimaiyyətə təqdim edilməsi üçün hüquqi baza var və bunun həyata keçirilməsi məqsədəuyğun olardı”.

İqtisadçı-ekspert son olaraq qeyd edib ki, müəllifi olduğu "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına” dair Strateji Yol Xəritəsində və eləcə də digər qanunverici aktlarda elektron satış şəffaflığın formalaşması aləti kimi təsbit olunub:

"Əslində elektron satış şəffaflığın təmin edilməsi baxımdan vacibdir. Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1 843 mənzildən 1654-ü agentliyin sərəncamında idi. Onlardan 1 390 mənzil artıq satılıb və digərləri rəsmiləşmək mərhələsindədir”.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər