Gündəm

General Hikmət Mirzəyevin doğum günüdür - VİDEO

44 gün davam edən Vətən müharibəsinin fatehi, Şuşanın alınmasında Ali Baş Komandanın təbrik zəngini böyük qürurla dinləyən XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev. Bu gün Şuşa fatehinin doğum günüdür.

"MUMtv.az" xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.

2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub. O, ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə, 33 yaşı olarkən Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 2020-ci ildə II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib, həmçinin, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Bundan başqa, Şuşa, Qubadlı, Füzuli, Xocavənd, Kəlbəcər, Cəbrayılın azad edilməsinə görə, "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə, eyni zamanda "Azərbaycan Bayrağı", "Qarabağ" və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub. 2018 və 2020-ci illərdə Bakıda, 2023-cü ildə isə Xankəndində keçirilən paradlarda iştirak edən Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə məhz Hikmət Mirzəyev rəhbərlik edib. Onu da qeyd edək ki, Hikmət Mirzəyev 11 yanvar 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.



Son xəbərlər

QÜDRƏT QURBANOVA YENİ VƏZİFƏ VERİLDİ - Heydər Əsədovun yerinə gətirildi

“Bakı 4 №-Li Yol İstismarı“ MMC-nin asvalt zavodu ekoloji problem yaradır -Fazil Musayev niyə cərimələnmir?

RÜSTƏMOV BU RAYONDAKI ƏMLAKLARINI DA SATIŞA ÇIXARIB – Torpaq sahələri, villalar, obyektlər...

Azərbaycanda polkovnik saxlanıldı

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Ayın 30-da, saat 06:00-dan... — Sürücülərə xəbərdarlıq

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Yanğına görə Xəzər TV-nin binası boşaldılır

Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...

Daşkəsən səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

Xarici şirkətin Azərbaycan nümayəndəliyi bədbəxt hadisənin baş vermə faktını gizlədib?

Xivədə 122 min manata “Şuşa günləri” keçirəcək şirkətlə nazir müavinini nə bağlayır?

Lənkəranda bələdiyyənin sənəd və torpaq "saxtakarlığı": Təmirlan Rzayev kimə arxalanır?

İnsanı 17 növ xərçəngdən qoruyan içki

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

İlham Əliyev Zəfər parkında

Netanyahu Livanda atəşkəslə bağlı danışıqlar apardığını açıqladı

Oqtay Əsədovun xanımının yerinə TƏYİNAT

Zelenskinin adına ticarət nişanı qeydə alındı

Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyanı dəyişdirməyə hazırıq - Paşinyan

Azərbaycanda Anım Günüdür

Dövlət Departamentinin Ceyhun Bayramovla Mirzoyanın görüşü ilə bağlı BƏYANATI

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Bütün xəbərlər